• cümə, 29 Mart, 18:46
  • Baku Bakı 14°C

EYOF: Güləşçilərimiz mübarizəyə qələbə ilə başlayıblar

23.07.19 12:37 15867
EYOF: Güləşçilərimiz mübarizəyə qələbə ilə başlayıblar
XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının üçüncü günündə Azərbaycan pəhləvanları mübarizəyə uğurla başlayıblar.
Trend-in məlumatına görə, yeddi çəki dərəcəsinin hamısında təmsil olunan Azərbaycan komandasının üzvlərindən yunan-Roma güləşçisi Xasay Həsənli (65 kq) təsnifat mərhələsində yunanıstanlı Fotios Bukisi 7:0, Elmir Əliyev (51 kq) isə səkkizdəbir finalda norveçli Kristoffer Andreseni 8:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəliblər.
Sərbəst güləş yarışlarında isə səkkizdəbir finalda mübarizə aparan Cəbrayıl Hacıyev (65 kq) gürcüstanlı Davit Patsinaşvilini 13:3, Kənan Heybətov (51 kq) ukraynalı İvan Terzini 12:2 hesabla məğlubiyyətə uğradıblar.
Qadın güləşi üzrə səkkizdəbir finalda Nigar Mirzəzadə (65 kq) almaniyalı Mari Trautmanı (8:0) məğlub edib.
Digər təmsilçilərimiz Elnurə Məmmədova (53 kq) səkkizdəbir finalda macarıstanlı Flora Vizi, Birgül Soltanova (57 kq) isə rusiyalı Dariya Manuil qarşılaşacaqlar.
banner

Oxşar Xəbərlər