• çərşənbə axşamı, 19 mart, 09:56
  • Baku Bakı 8°C

Eynşteynin gözü, Qalileyin barmağı…

19.02.18 14:10 1922
Eynşteynin gözü, Qalileyin barmağı…
Müqəddəs və nüfuzlu şəxsiyyətlərin əşyalarının nümayişi, satışı yeni tendensiya deyil. Əsrlərdir qoruna-qoruna bu günə çatdırılmış qalıqların ziyarətçisi də, həvəskarı da yetəri qədər çoxdur. Əsrlər boyu insanlar axın-axın bu "müqəddəs əmanətlər”-i görmək, ona toxunmaq və daxili dinclik tapmaq üçün onların saxlanıldığı yerləri ziyarət ediblər.
Bu günün insanları üçün başqasının fiziki hissəsini yadigar kimi saxlamağa vadar edən şeyi anlamaq olduqca çətindir. Bəlkə bu hissələr həyat mənbəyi hesab edilən dalğaları ötürürdü, ya da ölümü uzaqlaşdıran totem kimi qəbul edilirdi. Məsələn, 1994-cü ildə Eynşteynin oftalmoloqu müsahibəsində bu fikirləri səsləndiribmiş: "Onun gözlərinə sahib olmaq Eynşteynin həyatının bitmədiyi demək idi. Odur ki, xırda bir hissəsi hələ də məndə əmanətdir”.
"funfactsabout” səhifəsi bu əmanətlərdən bir neçəsini təqdim edib:
· Qalileyin barmağı – Renessans dövrünün səma cisimlərini araşdıran alimlərindən Qalileo Qalileyin baş və orta barmağı Florensiya Elm Tarix Muzeyində sərgilənir. Eksponatda alimin dişi və icad etdiyi teleskop da nümayiş olunur.
· Alman fizik Albert Eynşteynin gözləri1955-ci ildə ölümündən dərhal sonra bədənindən götürülüb. Hazırda Nyu-Yorkda xüsusi bir icarə kassada saxlanılır. Onun gözləri 2009-cu ilə kimi həkimi Henri Abramsda qalıb. Həkimin ölümündən sonra gözlərin hərraca çıxarılması gözlənilir.
· Dünyada qorunması mümkünsüz olan şeylərdən biri Henri Ford muzeyində mühafizə edilir. Burada ağzı göbələkvari alət ilə bağlı bir təcrübə silindrində amerikalı alim Tomas Edisonun son nəfəsininsaxlanıldığı iddia edilir. Silindr 1931-ci ildən bəri qorunur.
· Meksikalı inqilabçı Panço Villanı sağlığında həbs etmək heç kimə qismət olmayıb. Heç ölüsünə də tamamilə sahib çıxmaq alınmayın. Belə ki, Villa 1923-cü ildə dəfn edilib. Lakin onun hələ də yaşadığı haqqındakı rəvayətlərə son qoymaq üçün məzar 1926-cı ildə yenidən açılıb. Cəsədin nə kəlləsi, nə də tətiyə basan barmağı məzardan çıxmayıb.
banner

Oxşar Xəbərlər