AZE | RUS | ENG |

Eyni ssenari

Eyni ssenari
“Zenit” də “Spartak”ın yolu ilə getdi


Çərşənbə günü keçirilən oyunlarda Çempionlar Liqasında maraqlı nəticələr qeydə alındı. Günün mərkəzi oyununda "Mançester Siti" doğma divarlar arxasında canını məğlubiyyətdən güclə qurtardısa, "Portu", "Real", "Malaqa" və "Arsenal" 2-ci turda da azarkeşlərini qələbəylə sevindirdi. Gecəyə damğa vuran isə "Malaqa"lı Eliseu oldu. Onun ilk qolunu görməyə dəyərdi. Kriştiano Ronaldonun isə het-trik etməsi isə ayrı söhbətin mövzusudur. A qrupu Dinamo (Ukrayna) - Dinamo (Xorvatiya) 2:0 (2:0) Qusev, 3. Pivariç, 33-öz qapısına. Oleq Bloxin, Kiyev "Dinamo"sunun baş məşqçisi: "Fikrimcə, oyuna çox yaxşı başladıq. Qol vurduq və bir xeyli vaxt ötdükdən sonra ilk 20 dəqiqədə sərgilədiyimiz oyundan və nəticədən qorxduq. Nəticədə zaqreblilərə meydanın mərkəzində əl-qol açmağa imkan verdik. Oyundan öncə tapşırıqlarımı versəm də, yetirmələrim kimləri bağlayacaqlarını unutdu. Bəzi məqamlarda komandam çox geriyə çəkildi ki, bu da mənim xoşuma gəlmədi. Biz daha 2-3 top vurub oyunu bitirməliydik. Ancaq yarımqol vəziyyətlərini də istisna etsək, rəqibə fərqlənmək üçün imkan vermədik". Ante Çaçiç, Zaqreb "Dinamo"sunun baş məşqçisi: "Kiyevlilər qələbəyə layiq idi və bu münasibətlə onları təbrik edirəm. İlk qol oyun planlarımızı dəyişdi. Daha sonra müdafiənin səhvindən kobud qol buraxdıq. Ancaq fasilədən sonra döyüşməyə başladıq. Qol vurmağa çalışsaq da, səviyyə fərqi öz sözünü dedi. Hər oyun ayrı bir hadisədir. PSJ-ylə oyunda səhvlərimizi minimuma endirmək istəyirik". PSJ (Fransa) - Portu (Portuqaliya) 1:0 (0:0) Ceyms Rodriges, 83. Karlo Ançelotti, PSJ-nin baş məşqçisi: "Mövsümdə ilk dəfədir ki, uduzduq. Ancaq burda təəccüblü heç nə yoxdur. Biz çox təcrübəli bir komandaya uduzduq. Çox məyusuq. Çünki keyfiyyətli futbol oynamaq istəyirdik. Ancaq alınmadı və bunu fakt kimi qəbul etmək lazımdı. Hərçənd komandamın pis oynadığını söyləyə bilmərəm. Elə yaxşı da oynamadıq. İbrahimoviçin 2 qol vəziyyəti oldu, amma bundan yararlana bilmədi". Vitor Pereyra, "Portu"nun baş məşqçisi: "Bu matçda öz dəsti-xəttmizə sadiq qaldıq və topu nəzarətimiz altında saxladıq. Oyunun sonuna qədər matçın ritmini tutduq. Bir neçə dəfə fərqlənə bilərdik. Yekun nəticə bir qədər fərqli də ola bilərdi. Mövqe seçimində də yaxşı oynayıb rəqibə fərqlənmək üçün heç bir şans vermədik". 1. Portu 2 2 0 0 3-0 6 2. PSJ 2 1 0 1 4-2 3 3. Dinamo K 2 1 0 1 3-4 3 4. Dinamo Z 2 0 0 2 0-4 0 B qrupu Arsenal (İngiltərə) - Olimpiakos (Pirey, Yunanıstan) 3:1 (1:1) Jervinyo, 42. Podolski, 56 (2:1). Remsi, 90+4 - Mitroğlu, 45+1. Stiv Bould, "Arsenal"ın baş məşqçisinin köməkçisi: "İşimiz çox çətin oldu. Rəqib doğrudan da yaxşı müdafiə olunurdu. Oyuna yaxşı başlasaq da, hesabı aça bilmədikcə, əsəbi görünürdük. Belədə səhvlər də bir-birini əvəz edirdi. Yaxşı ki, hücumdakı texnikalı futbolçularımız öz işini görə bildi. İlk yarıda hesabı açsaq da, fasilə ərəfəsində arzulanmayan qol buraxdıq. Bu, ikinci hissənin əvvəlində bir qədər zəif çıxışımızın səbəbidir. Podolskinin qoluyla hər şey qaydasına düşdü. "Olimpiakos" ikinci dəfə hesabı bərabərləşdirsəydi, vəziyyət ağırlaşardı. Fasilədə taktikanı bir qədər dəyişib yunanları təəccübləndirdik. Məhz bunun sayəsində ikinci hissədə topa daha yaxşı nəzarət edirdik". Leonardo Jardim, "Olimpiakos"un baş məşqçisi: "ÇL oyunlarıyla Yunanıstan çempionatı arasında böyük fərq var. Daxili birincilikdə rəqiblərimiz dərhal geri çəkilir və topa nəzarəti bizə verir. Avropada isə dominantlığı mübarizəylə qazanmalısan. İlk yarıda "Arsenal"dan daha yaxşı təsir bağışladıq. Lakin şanslarımızdan istifadə edə bilmədik. Fasiləyədək meydanda arzuladığım "Olimpiakos" vardı. Lakin ikinci hissədə rəqib dominantlığı ələ keçirdi. İkinci qol isə sonun başlanğıcı idi. Fasilədən sonrakı ilk 15 dəqiqədə qol buraxmasaydıq, əks-hücumlarımız "Arsenal" üçün daha təhlükəli olacaqdı. Amma bu müddət ərzində daha dözə bilmədik. Hələ ki, xalımız yoxdur, amma ÇL şanslarımız qalıb. Ən pis halda AL uğrunda yarışacağıq". Şalke-04 (Almaniya) - Monpelye (Fransa) 2:2 (1:1) Draksler, 26. Huntelaar, 53-p. - Ayt-Fana, 13. S.Kamara, 90. Huub Stevens, "Şalke-04"ün baş məşqçisi: "Oyuna nəzarət edirdik. Hətta ikinci yarıda fərqi 3-4 topa çatdırmalıydıq. Buna görə də nəticəyə üzülməyə bilmərik. Hətta çox əsəbiləşdiyimi də deyə bilərəm. Avrokuboklarda hesabda irəlidə olarkən çox ehtiyatlı oynamalısan. Biz isə əks-hücumda qol buraxdıq. 6 xalımız olsaydı, qrupdan çıxmaq haqda əminliklə danışardıq. İndi isə vəziyyət yaxşıdır, amma əla deyil. ÇL-də təcrübənin azlığı da bizə maneəçilik törədir". Rene Jirar, "Monpelye"nin baş məşqçisi: "Uduzmayacağımıza bir an belə şübhə etmirdim. Ümidlərim sonda doğruldu. 10 nəfərlə qaldıqdan sonra hesabda da geri düşdük. Yaxşı ki, futbolçular təslim olmadı. İki məğlubiyyət demək olar ki, mübarizənin bitməsi anlamına gələrdi. Qazanılan bir xal ÇL ümidlərimizi hələ də yaşadır". 1. Arsenal 2 2 0 0 5-2 6 2. Şalke-04 2 1 1 0 4-3 4 3. Monpelye 2 0 1 1 3-4 1 4. Olimpiakos 2 0 0 2 2-5 0 C qrupu Zenit (Rusiya) - Milan (İtaliya) 2:3 (1:2) Halk, 45+2. Şirokov, 49 - Emanuelson, 13. Əl-Şaaravi, 16. Quboçan, 75-öz qapısına (2:3). Luçano Spalletti, "Zenit"in baş məşqçisi: "Abbyati sadəcə, möhtəşəm oyun sərgilədi. Bizim qapıçımız matç boyunca belə qəhrəmanlıqlar göstərmədi. Hə, etiraf edim ki, oyuna çox zəif başladıq. Amma sonradan özümüzdə güc taparaq hesabı bərabərləşdirdik. Təəssüf ki, fərdi planda olan epizodlar çox vaxt komandanın əleyhinə işləyirdi. Arxa xətdə çoxlu səhvlərə yol verirsənsə, sonda məğlubiyyətlə barışmağa məhkumsan. Baş məşqçi kimi mənim üçün də növbəti üzücü gecələrdən biridir. Amma hələ ki, növbəti mərhələyə çıxmaq şansımızı itirməmişik. Bunu davam etdirmək üçün isə mütləq qələbələri sıralamalıyıq". Massimiliano Alleqri, "Milan"ın baş məşqçisi: "Çox gözəl qələbə qazandıq. Məncə, bu qrupda mübarizə sona qədər davam edəcək. Matça əla başlasaq da, rəqib sonradan taktikanı dəyişməklə bizə istədiyimi kimi oynamaq imkanı vermirdi. Bununla belə, hesab bərabərləşəndən sonra da əzmkarlıq göstərən yetirmələrimi təbrik edirəm. Nə yaxşı ki, sonda hər şey bizim istədiyimiz kimi alındı. Abbyati dahi qapıçı olduğunu bir daha sübut etdi". Anderlext (Belçika) - Malaqa (İspaniya) 0:3 (0:1) Eliseu, 45+1; 64. Xoakin, 57-p. Manuel Pelleqrini, "Malaqa"nın baş məşqçisi: "Qrupda ilk 2 oyuna 6 xal qazanmaq bizim üçün çox böyük uğurdu. Amma hələ ki, pley-off mərhələsinə vəsiqəni təmin etməmişik. "Anderlext"lə matça əla köklənmişdik. Olduqca inamlı görünən komandam çox az sayda səhvlərə yol verdi. Əsl kollektiv kimi yarışmaqla istəyimizə çatdıq. Yox, bu möcüzə deyil: böyük zəhmətin nəticəsidi. Amma bizi qarşıda çətin oyunların gözlədiyini də yaxşı bilirik". 1. Malaqa 2 2 0 0 6-0 6 2. Milan 2 1 1 0 3-2 4 3. Anderlext 2 0 1 1 0-3 1 4. Zenit 2 0 0 2 2-6 0 D qrupu Mançester Siti (İngiltərə) - Borussiya D (Almaniya) 1:1 (0:0) Balotelli, 90-p. - Roys, 60. Ayaks (Hollandiya) - Real (İspaniya) 1:4 (0:1) Moysander, 57 - Ronaldo, 42; 80; 81. Benzema, 47. 1. Real 2 2 0 0 7-3 6 2. Borussiya D 2 1 1 0 2-1 3 3. Mançester S 2 0 1 1 3-4 1 4. Ayaks 2 0 0 2 1-5 0 24 oktyabr: Portu - Dinamo K, Dinamo Z - PSJ, Arsenal - Şalke-04, Monpelye - Olimpiakos, Malaqa - Milan, Zenit - Anderlext, Ayaks - Mançester S, Borussiya D - Real.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9068
GEL 1 1 Gürcüstan larisi 0.6301
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1994
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.6663
KWD 1 1 Küveyt dinarı 5.5873
TRY 1 1 Türkiyə lirəsi 0.2906