Eynək, yoxsa əməliyyat?- Araşdırma
"6 yaşımdan
eynəkdən istifadə edirəm. Əvvəllər "alim”ə, "professor”a bənzədildiyim üçün eynək
taxmaq özümə də maraqlı gəlirdi. Yaş ötdükcə, bu fikirlərim dəyişdi. Əməliyyat
üçün müraciət etdikdə isə həkim "əgər eynəklə görə bilirsənsə, əməliyyata
ehtiyac yoxdur, "zəiflikdə ən yaxşı görmə üsulu elə eynəkdir” dedi”.
Zeynəbə həkim gözünü əməliyyat etdirməyə icazə verməyib. Həyatının sonuna qədər eynək, linzalardan istifadə edəcək.
Güneldə isə, tam əksinə. Həkimi göz əməliyyatının təhlükəsiz olduğunu bildirib. Lakin onu bir sual maraqlandırır. Əgər əməliyyat təhlükəsiz üsuldursa, həkim özü nə üçün eynəklidir?
Professor Mehmet Gülən deyir ki, lazer əməliyyatı
dünyada ən çox yayılan və etibarlı əməliyyat növü olsa da, hamıya tətbiq
olunmur. Həkimin sözlərinə görə, 18 yaşına çatmayan insanlarda bu əməliyyatın
aparılması düzgün deyil: "Miyop, hipermetropiy, astigmat xəstəliklərinin müalicəsində
cərrahiyyədə ən çox istifadə edilən üsul lazerdir. Bir çox insanlar bu üsulla
eynəkdən və göz zəifliyindən birdəfəlik xilas ola bilərlər. Düzdür, "lazer
etibarlı üsuldursa, nə üçün həkimlər eynək taxır” deyən xəstələrlə biz də
tez-tez rastlaşırıq. Necə ki, bir fidanı böyüdərkən torpağa, işığa, günəşə
yaxın ən uyğun yer axtarılırsa, lazer üçün də gözdə uyğunluq vacibdir. "Mən
lazer əməliyyatı olmaq istəyirəm” deyə gələn hər xəstəyə bu müalicə tətbiq
edilmir. Bu müalicəni xəstəmizə tətbiq etməyimiz üçün ilk şərt yaşının 18-dən
yuxarı olması və eynək, linzadan istifadə etməsidir. Sonra gözün zəiflik dərəcələrinin
son 1 ildə çox dəyişməmiş olması, kornea toxumasının qalınlığının uyğunluğu,
diabet, revmatizm kimi sistematik xəstəliyinin olmaması, gözlərində başqa hər
hansı bir xəstəliyin (kornea sivriləşməsi, göz təzyiqi və s.) varlığı araşdırılır.
Lazer üçün gələn xəstə bu şərtlərə uyğun deyilsə, əməliyyat edə bilmərik. Yəni,
həkimin eynək taxması lazerin etibarlı olmaması demək deyil, həkimin gözlərinin
həmin əməliyyata uyğun olmamasıdır”.
"Kontakt
linzalar təhlükəlidir”
Eynək taxmaq istəməyən bəzi insanlar isə kontakt linzalardan istifadə edirlər. Həkim isə kontakt linzalardan istifadə etməyi məsləhət görmür: "Mən xarici kontakt linzanın tərəfdarı deyiləm. Onlardan uzun müddət istifadə etdikdə, infeksiya təhlükəsi yaradır. İstifadə zamanı əl ilə gözüm daimi təması, linza mayelərində tarixən də müəyyən edilmiş bakterial infeksiyaların aşkarlanması bir sıra göz fəsadının meydana gəlməsi üçün zəmin yaradır. Kontak linza "qurbanları” ilə çox rastlaşmışam. Gözün içinə qoyulan və ömürlük hər kəsə və hər kəsin göz quruluşuna uyğun olanı biz sifariş edirik. Həmin linza xəstənin adına gəlir. Gözün içində, hətta bəbəyin arxasına gözlə görünməyəcək şəkildə qoyulur. Bu linzalar çox gözəl nəticə verir. Belə ki, kimin ki, gözünün buynuz qişası nazikdir, kim ki, ekzimer əməliyyatına əks göstərişi var, bunu onlara tətbiq etmək olur. Bu linzaların 9-dan-20-yə qədər nömrələri olur. Bu pasientlərə eynəyindən də qat-qat yaxşı görmə imkanı verir. Yəni insanları ömürlük eynək asılılığından azad edir. Texnologiya, tibb çox inkişaf edib”.
"Tək həkimin ideal olması ilə əməliyyat uğurlu olmur”
"Eynəklə gəzməyin
məhdudiyyətləri var”
Həkimlərin eynək taxmaq məsələsinə gəldikdə isə, həmsöhbətimiz deyir ki, gözündə qüsur olsa idi, mütləq əməliyyat etdirərdi: "Gözümdə qüsur olsaydı mən ekzimer lazer etdirərdim. Çünki eynəklə gəzməyin özünün müəyyən məhdudiyyətləri var. Görmə sahəsi dar olur. İdmanla, üzgüçülüklə məşğul olarsansa, ümumiyyətlə, aktiv həyat tərzi keçirirsənsə, eynək insana mane olur. Əvvəlki cihazlar indiki kimi təhlükəsiz və dəqiq olmadığından bəlkə də əvvəlki həkimlər ekzimer lazer əməliyyatını etməyə risk etmirdilər. Çünki hələ ki, araşdırma niyyətli idi. Amma artıq 28-30 ildir ki, ekzimer lazer əməliyyatları olunur və cihazlar mükəmməldir. Hansısa göz həkimi bu əməliyyatı etdirmirsə, ola bilsin ki, onun gözünün buynuz qişası uyğun deyil. Ekzimer lazer əməliyyatı tam təhlükəsiz, riski çox az olan, sanki almanın qabığında aparılan bir əməliyyatdır. Heç göz almasının içinə girilmir, kəsmək, tikmək kimi işlər aparılmır”.
Uzun müddət müzakirə olunan göz həkimləri eynək taxır, saç tökülməyə qarşı dərman icad edənlər özləri keçəldir, dietadan danışan həkimlər kökdür kimi fikirlər insanları narahat edir. Hər bir halda, insanın yaradılışı kənardan müdaxilələrdən daha mükəmməldir. Ona görə də, əziz gənclər, gözlərinizi qoruyun və 6 aydan bir çek up müayinələrdən keçin.
Gözləriniz aydın olsun!
Aygün ƏZİZ
Zeynəbə həkim gözünü əməliyyat etdirməyə icazə verməyib. Həyatının sonuna qədər eynək, linzalardan istifadə edəcək.
Güneldə isə, tam əksinə. Həkimi göz əməliyyatının təhlükəsiz olduğunu bildirib. Lakin onu bir sual maraqlandırır. Əgər əməliyyat təhlükəsiz üsuldursa, həkim özü nə üçün eynəklidir?
Göz zəifliyinin sürətli yayıldığı bir dövrdə əməliyyatların
da sayı və üsulları artıb. Bəs nə etməli? Eynəklərə əlvida deyək, yoxsa
taleyimizlə barışaq?
Göz həkimləri
nə üçün eynək taxır?
Aynurə 25 ildir ki, günə başlayanda birinci eynəyini
axtarır. Eynəyi kompleks etsə də, eynəksiz həyatı da təsəvvür edə bilmir. Çünki
inanmır ki, nə vaxtsa, eynəksiz görə bilər: "Şəkillər çəkdirəndə qəşəng düşmək
üçün eynəyimi çıxardıram. İşdə kompüterdən daimi istifadə edirəm deyə, eynəksiz
işləməyim mümkün olmur. Çox istərdim ki, eynəyə möhtac qalmayım. Həkimim
sonuncu dəfə gözlərimi müayinə edəndə, əməliyyatı məsləhət gördü. Düzdür, eynəkdən
azad olmaq istəyirəm. Amma çox qorxuram. Əlsiz, ayaqsız yaşamaq olar, amma görmədən
heç nə edə bilməzsən”.
"Parketi
yonan kimi, göz qişası da lazerlə yonulur”
Həkim-oftalmoloq
Fidan Abdullayevaxəstələrdə müəyyən qədər qorxunun olmasını normal qarşılayır. Deyir ki, müasir
üsulla aparılan əməliyyatlarda mində bir fəsad ola bilər: "Ümumiyyətlə, istənilən
əməliyyatda hansısa fəsadların olma ehtimalı var. Adi dərinin üzərində çapıq
olsa belə, o da müəyyən fəsadlara yol aça bilər. Hər kəsi ekzimer lazer üsulla əməliyyat
etmək olmaz. Əgər pasient lazer üçün tam göstərişli deyilsə, pul qazanmaq
xatirinə onu "əməliyyat etmək” korluqla nəticələnə bilər. Pasient əməliyyat üçün
müraciət edəndə, həkim bu fəsadları ilk gündən hesablayıb, bilməlidir. Bu əməliyyatı
aparmaqdan ötrü bədən ümumən tam sağlam olmalıdır. İkinci, gözün özündə olan müəyyən
xəstəliklər var ki, bunlar əks göstərişdir. Ən əsası, əməliyyat gözün buynuz
qişasının müəyyən qədər lazerlə nazikləşdirilməsi hesabına aparılır. Yəni,
buynuz qişanın özünün bir qalınlığı olmalıdır ki, onu nazikləşdirə biləsən. Təsəvvür
edin, bir parketi yonan kimi göz qişası da lazerlə yonulur. Qişa müəyyən qədər
qalın olmalıdır ki, onu incəltmək mümkün olsun. Əgər qişa çox incələrsə, böyük
nömrələr götürürlər. Hansı ki, gözün qalınlığı buna imkan vermir. Sonra gözü
qoruyucu qişa çox incəlmiş olur. İncələn qişa da sanki əyilir, sallanır. Bu isə
konus xəstəliyini yarada bilər və gələcəkdə görmə pisləşə, hətta tamamilə itə
bilər. Belə şəxslərə eynəkdən istifadə daha məqsədəuyğundur deyirik”.
Eynək taxmaq istəməyən bəzi insanlar isə kontakt linzalardan istifadə edirlər. Həkim isə kontakt linzalardan istifadə etməyi məsləhət görmür: "Mən xarici kontakt linzanın tərəfdarı deyiləm. Onlardan uzun müddət istifadə etdikdə, infeksiya təhlükəsi yaradır. İstifadə zamanı əl ilə gözüm daimi təması, linza mayelərində tarixən də müəyyən edilmiş bakterial infeksiyaların aşkarlanması bir sıra göz fəsadının meydana gəlməsi üçün zəmin yaradır. Kontak linza "qurbanları” ilə çox rastlaşmışam. Gözün içinə qoyulan və ömürlük hər kəsə və hər kəsin göz quruluşuna uyğun olanı biz sifariş edirik. Həmin linza xəstənin adına gəlir. Gözün içində, hətta bəbəyin arxasına gözlə görünməyəcək şəkildə qoyulur. Bu linzalar çox gözəl nəticə verir. Belə ki, kimin ki, gözünün buynuz qişası nazikdir, kim ki, ekzimer əməliyyatına əks göstərişi var, bunu onlara tətbiq etmək olur. Bu linzaların 9-dan-20-yə qədər nömrələri olur. Bu pasientlərə eynəyindən də qat-qat yaxşı görmə imkanı verir. Yəni insanları ömürlük eynək asılılığından azad edir. Texnologiya, tibb çox inkişaf edib”.
"Tək həkimin ideal olması ilə əməliyyat uğurlu olmur”
Həkim deyir ki, ekzimer lazer əməliyyatının uğurlu
olması 3 faktordan asılıdır: "Bəzi pasientlər deyir ki, qonşum elətdirdi, neçə
ildən sonra zəiflədi. Mən də əməliyyatdan sonra zəifləməsindən qorxuram. Həmişə
pasientlərimə deyirəm ki, ekzimer lazer əməliyyatının nəticəsi 3 faktordan asılıdır.
Birinci, cərrah bu sahə üzrə çoxlu əməliyyatlar etmiş və bu sahəni mükəmməl bilən
praktik olmalıdır. İkinci, hər xəstəyə bu əməliyyatı etmək olmaz. Əməliyyat üçün
tam ideal pasient seçilməlidir. Üçüncü isə cihazın müasirliyidir. Həkim də çox əla
ola bilər, pasient də ekzimer lazer üçün ideal ola bilər. Amma əməliyyat zamanı
işlənən cihaz müasir tələbələrə uyğun olmadəqda, əməliyyatın uğursuzluğu
qaçılmazdır. Tək həkimin ideal olması ilə əməliyyat uğurlu olmur. Çünki nəticələri
verən biz həkimlər olsaq da, sonda onu götürən cihazlardır. Cihazsa, mükəmməl,
dəqiq, həssas olmalıdır”.