• şənbə, 20 Aprel, 18:27
  • Baku Bakı 24°C

Əyalətdən gələn qızı moskvalılara doğmalaşdıran aktrisa - Fotolar

15.12.18 11:00 1845
Əyalətdən gələn qızı moskvalılara doğmalaşdıran aktrisa - Fotolar
Vera Alentova yubileyini qeyd edib. "Moskva göz yaşlarına inanmır” filminin məşhur aktrisası ömrü boyu öz kollektivinə - Puşkin Teatrına sadiq qalıb. Ondan, həyat, teatr taleyi və bu günə dair fikirlərini soruşanda, aktrisalığı seçdiyi üçün xoşbəxt olduğunu deyir.
- Vera Valentinovna, sizdən tez-tez ailə və kinoya dair soruşurlar, ancaq teatr haqqında çox az danışmırsınız.Aktyor karyerasına necə başlayıbsınız?
- Mən aktyor ailəsində doğulmuşam. Buna görə də, görünür, peşə seçimi əvvəlcədən təyin olunmuşdu. Buna şübhə yox idi. Anam çox yaxşı aktrisa idi. O düşünürdü ki, insanın istedadı həmişə fərdidir və mənə də özümdəki və digərlərindəki fərdliyə hörmət göstərməyi öyrətmişdi. Və bu, mənim peşəmdə ideal vasitə oldu. Bütlərə gəlincə, heç vaxt, heç kimə bənzəmək istəməmişəm. Heç vaxt film ulduzlarının fotoşəkillərini toplamaq fikrində olmamışam. Buna gənclər çox həvəslidirlər. Gəncliyimdə mənə elə gəlirdi ki, bunlar yaxşıdır. Ancaq içimdə inanırdım ki, təkcə məni, "ulduzu” gözləyirlər!
- Fırtına və hücum?
- Necə deyərlər ... Müəyyən bir müddətə qədər. Dözümlülüklərə baxmayaraq, anam aktrisa olmağımı istəmirdi, bilirdi ki, aktyor üçün uğur lotereyadır. Amma yenə də Moskvaya instituta daxil olmağa getdim. Mən həmişə inanırdım və indi də inanıram ki, aktyorluq, dünyanın ən gözəl peşəsidir. Qızımın seçiminə etiraz etmirdim və indi də nəvəm Teatr İnstitutuna daxil olub.Bu inama görə də, gəlib Trifonovkada bir yataqxanaya yerləşdim. "Ooo! Yenisən? Pulun varmı?”- deyə ilk olaraq soruşdular. "Bəli, bəli,” dedim. – "Nə qədər?” Əlimi cibimə saldım: "Budur, hamısı” – "Ver bura!” Mənim pulumu alıb bir neçə gecə keçirdilər. Üçüncü gün isə artıq əyləncə dözülməz oldu. Əvəzində bunu həyatım boyu xatırlayıram.Sonra anam məni götürməyə gəldikdə, boyunumu yumağımı istədi. "Sabunla!” - ciddi səslə dedi. Boynum bənövşəyi-boz idi... Sonra Şekspir adına məktəbə daxil oldum. Proqramımı oxudum, məndən oxumağı, rəqs etməyi xahiş etdilər və hətta ətəyimi yuxarı qaldırmağımı, ayaqlarımın əyri olub-olmadığını görmək istədilər. Bütün bunları edim. Sonra mənə dedilər ki, qız, teatrdan mümkün qədər uzaq ol, sən əsla aktrisa olmayacaqsan.
- Onda hansı hissləri keçirdiniz?
- Sanki öldürüldüm! Yataqxanaya gəlib ağlamağa başladım. "Nə danışırsan? Kiminsə xoşuna gəlməyə bilərsən! Bax, o qıza ağızlarından gələni söylədilər, amma artıq üçüncü mərhələdədir, buna görə də oxumaqdan əl çəkmə”, - qonşularım mənə dedilər. Mən artıq başqa universitetləri sınamağa başladım. Və hər yerdə ilk turları müvəffəqiyyətlə keçdim, bu da mənə özünəinamı qaytardı. Moskva İncəsənət Teatrında da ilk turu keçdim. Mən ora gəldikdə, başa düşdüm ki, yalnız burada oxumalıyam, başqa heç bir yerdə.

- Nə üçün?
- Atmosfer... Qoxu... Hətta sözlə təsvir edə bilmirəm: bu səhnələrin çoxunda xüsusi Moskva qoxusu idi. Orada saxlanılan teatr kostyumlarının qoxusu... İmtahan zamanı qeyd edildiyi kimi, Moskva İncəsənət Teatrı öz xüsusi zəkası ilə digər qurumlardan çox fərqlidir. Söyləməyə gərək yoxdur, mən dərhal bu atmosferə aşiq oldum. Onların oyunlarında heç bir qüsur görməzsən. O vaxt tədqiqatımı bir il sonraya keçirdilər: məlum oldu ki, kurs artıq yığılıb və yalnız bir qıza ehtiyac olduğu ortaya çıxıb. Biz isə iki nəfər daxil olmuşduq və keçən mən deyildim. Onda Veniamin Zaxaroviç Radomıslenskiy - hər kəsin "əfsanəvi "Papa Venya” deyə çağırdığı bu insan istedadlara qarşı duyğu qabiliyyəti olduğundan, əlimdən tutub dedi: "Gələn il dərhal ikinci tura gələrsən”. Təbii ki, çox xoşbəxt oldum, boynuma sarılmış anam məni evə apardı.Növbəti il bir daha gəldim, bir çox müraciət edənləri gördüm və düşündüm: Niyə məni burada xatırlasınlar ki?- Ancaq xatırlayırdılar?- Əlbəttə... İki ikinci və iki üçüncü turumuz vardı. Kurs çox istedadlı gənclərdən ibarət idi. Beləliklə, siyahıda adımı gördüm və bu, həyatımda ən xoşbəxt an idi! Bu an, yalnız bir qızın doğuluşu ilə müqayisə edilə bilərdi. Həmin gün yağış yağırdı, qızlarla səndəllərimizi çölə atıb, ayaqyalın Moskvanın küçələrində gəzməyə başladıq. Moskva o qədər də çirkli və səs-küylü deyildi, küçələrdə az sayda avtomobil var idi.Təhsil almaq müddətimiz də xoşbəxt vaxtlara düşmüşdü. Müəllimlərimiz bizə düşünməyi, təhlil etməyi öyrədirdilər. Bizə verilən vaxt ərzində hər şeyi həll edirdik. Politexnik Muzeyində Axmadulinı və Yevtuşenkonu dinləyir, kitablarımızın sayı az olduğundan dərsimizi gecə oxuyurduq, çünki səhər başqa birinə verilməsi lazım gəlirdi. Ümumiyyətlə, ədəbiyyatı həddən sox sevir və oxuyurduq. Bundan başqa, "Xarici ədəbiyyat”, "Gənclik texnikası”, "Bilik gücdür”, "Yeni dünya” jurnallarını da oxuyardıq. Bütün bunları necə bacarırdıq, bilmirəm.
- Və hər şey buludsuz idi?
- Nə az-nə çox... İkinci kursda olarkən məni Moskva İncəsənət Teatrının tərkibində "Kreml toxmaqları” teatr tamaşasının nümayişi üçün Amerikaya yollamaq istədilər. Ancaq köhnə heyət qəzəbləndi və məni bir kənara itələdi, ümumiyyətlə, bu, ədalətli idi. Çünki, əslində, onlar uzun illər idi ki, çalışırdılar və indi budur – burnu fırtıqlı, təcrübəsiz uşaq gedəcək? Digər tərəfdən, mənim taleyim müəyyən olundu: Veniamin Zaxaroviç, səfərdə uğursuzluğa baxmayaraq "sənin yerin Moskva İncəsənət Teatrındadır” dedi. Bu, mənim teatr karyeramı formalaşdırmaq üçün məqam oldu.
- Siz erkən evlənibsiniz?
- Bəli, ikinci kursda. Vladimir Menşov həmişə sözümü düzəldib "üçüncü kursda” deyir ... Hər ikimiz Moskva İncəsənət Teatrına qəbul olunduq. Biz onsuz da orada çalışırdıq - "Üç gombul”da aşpazları oynayırdıq, bəzi kütləvi səhnələrə çıxırdıq. İnstitutu bitirdikdən sonra heç bir teatrda görünmədik. Niyə? Biz artıq Moskva İncəsənət Teatrında idik. Lakin 4-cü ilin sonunda paylama zamanı məni və Menşovu Moskva İncəsənət Teatrına ümumiyyətlə götürmədikləri ortaya çıxdı. Biz şok olduq, bu, üzümüzə vurulan şapalağa bənzəyirdi. - Heç kim sizə niyəsini açıqlamadı?- Prinsipcə xahiş etmək olardı, amma bu, mənlik deyildi. Çox sonralar səbəbini anladıq. Amma o vaxt məlum oldu ki, iki gün davam edən şouların son məkanı Puşkin Teatrı idi. Volodya artıq rejissor olmaq qərarına gəlmişdi, o bir illiyə Stavropola getdi. Mən isə Puşkin Teatrında çalışdım. Yadımdadır, Çuykovski ilə qılıncoynatma səhnəsini hazırlayırdıq. Bu, Boris Ravenskinin çox xoşuna gəldi. Mən qəbul olundum. Əvvəlcə Moskva İncəsənət Teatrı üçün çox kədərləndim, ancaq Moskva İncəsənət Teatrı bu zaman "istedadlar qəbiristanlığı” adlandırılırdı. Həqiqətən istedadlı uşaqlar oraya aparılırdı, lakin rol gözləməklə uzun illər işsiz oturmaq məcburiyyətində qalırdılar. Çünki "orta nəslin” Mxatovları gözəl formada idilər. Mən isə Puşkin Teatrında dərhal işləməyə başladım, Bernard Şounun «Şokoladlı əsgər»ində əla rolum var idi. Göründüyü kimi, bunların hamısı xoşbəxtlik idi.
- Uzun illərdir teatrınıza sadiqsiniz. Müxtəlif vaxtlarda rejissor və direktorluq uğursuzluqları da olub. Bunu necə adlatdınız?
- Normal. Tələbələrimə dərs zamanı deyirəm: rolları özünüzünkü etməyi öyrənin. Rejissorlar müxtəlif olurlar – istedadsızları da olur. Nə etməli? Səhnəyə çıxan sizsiniz – zaldakılar qüsuru sizdə görəcəklər, rejissorda yox. Buna görə də, düşünürəm ki, səhnədəki yerini bilməli, oynayacağın rolu hiss etməlisən. Bax, bunun özü professionallıqdır.- Hansı müvəffəqiyyətsizlik dövrlərində Menşov sizə kömək edib?- Rəbbiniz sizinlə olsun! Bu, Menşovun heç ağlına belə gəlməyib. Həmçinin mən də onun işinə heç vaxt qarışmamışam. Deməmişəm ki, bilirsən nə var, bu rola filan aktrisanı irəli çək. Nəyə görə? Bu, onun eparxiyasıdır, teatr da mənim, televiziya isə Yulinanın. Biz hər zaman bir-birimizin işinə hörmətlə yanaşırıq.
- Bəs "Moskva göz yaşlarına inanmır” filmi? Axı, onu həyat yoldaşınız Menşov çəkdi...
- LENTİ"Moskva göz yaşlarına inanmır" filmi, illər keçsə də, öz aktuallığını itirmir. Sovet insanları bu filmə əfsanə kimi yanaşdılar. Dillər əzbəri olan "Aleksandra" mahnısı isə bu filmi milyonlara sevdirməyi bacardı. Tamaşaçı, əyalətdən Moskvaya oxumağa gələn 3 rəfiqə ilə o qədər doğmalaşdı ki, onlarla birgə ağlayıb, birgə sevinirdi. Film prokatda lider oldu. Filmi 90 milyon tamaşaçı izləmişdi. Menşov filmin "Oskar” almasını "Zaman” proqramından öyrəndi. ABŞ prezidenti Ronald Reyqan sovet insanının xarakterini öyrənmək üçün filmə bir neçə dəfə baxmışdı. Mən "Sovet ekranı” jurnalının sorğusuna görə, "İlin ən yaxşı aktrisası” seçildim. Bu gün baş rol ifaçılarının bəziləri həyatda yoxdur, amma hər dəfə film efirə gedəndə, o aktyorlar yenidən canlanır və heç vaxt unudulmurlar.- Teatrda sizə qarşı ədalətsizliklər olubmu?
- Ədalətsizlik bütün aktyorlara qarşı olur. Böyük haqsızlıqlar da olur. Məsələn, rolların paylanması zamanı...
- Nə vaxtsa teatrdan ayrılmaq istəmədiniz?- Teatrdan ayrılmaq istədiyim bir müddət var idı. 30-35 yaşlarımda olarkən ayrılmaq fikrinə düşmüşdüm. Artıq arxada çox yaxşı rollarım var, yeniləri isə nəsə görünmür.Bu, hakimiyyətin, rejissorların dəyişikliyi ilə - müxtəlif səbəblərdən baş verir. Teatrda bir çox mürəkkəblik, tələblər və axınlar var: hamısını bilmək lazımdır, təəssüf ki, bütün bunlar mənlik deyil. Amma teatr həmişə belə olub və belə də mövcuddur. Bu gözəl dünyada xoş xüsusiyyətlər də var. Anamın mənə öyrətdiyi bir yolla onlara reaksiya verərəm: bütün münaqişələr və ya dedi-qodular səndə bitməlidir, onların başqalarına keçməsinə heç vaxt imkan vermə. Bu yaxşı bir tərbiyədir, amma teatrda onunla yaşamaq çətindir.Ümumiyyətlə, teatrdan ayrılmağa qərar verdiyim vaxtlar Qonçarov məni Mayakovski Teatrına dəvət etmişdi. Elə həmin vaxtlar Svetlana Mizeri teatrdan getmişdi. Mizerinin gedişi Qonçarova çətinlik yaratdığına görə, ona qəzəbli idi və bəlkə də mən ona Mizerinin yerini doldurmaq üçün lazım idim. Buna görə də dəvəti qəbul etmədim. Bundan əlavə, yeni yerdə, hər şeyi yenidən başlamaq lazım gələcək və ya dirsəklərinizlə kimisə basmağa məcbur olacaqsınız. Başa düşdüm ki, bu, mənlik deyil. Bir işi bacarmırsansa, girişmə…
- İndi özünüzü qibləgah, mələk kimi hiss edirsiniz?
- Əlbəttə ki, yox. Mənə elə gəlir ki, belə hissi yalnız axmaq insan keçirə bilər.- Amma qiymətinizi hələ də bilirsiniz?- Bilirəm ki, mən professionalam və çox şey edə bilərəm, amma yaxşı bilirəm ki, bizim peşəmizdə - dünyanın bütün titulları olsa belə, heç kim uğursuzluqdan sığortalanmayıb. İnanın, mən bütün uğurlarıma tamamilə sakit yanaşıram. "Ulduz” mövzusu, məncə estradaya mənsubdur, səhnə üçün tipik deyil. Əksinə, inanılmaz, böyük aktrisalar həyatda hərdən görünməz olurlar.Sənətimiz ümumiyyətlə, səssizdir, səs-küylü deyil, amma titrəyişlidir. Hər halda, müəyyən bir nöqtəyə qədər belə idi. Buna görə, özümü normal bir insan kimi hiss edirəm.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər