AZE | RUS | ENG |


E&Y: Türkiyədə son 10 ildə ən iri əqd "Goldman Sachs" və SOCAR arasında bağlanıb

E&Y: Türkiyədə son 10 ildə ən iri əqd
2007-ci ildən etibarən ABŞ-ın 161 şirkəti Türkiyə bazarına daxil olub. "APA-Economics" "Ernst & Young" (E&Y) şirkətinə istinadən xəbər verir ki, 161 ABŞ şirkəti Türkiyədə fəaliyyət göstərən şirkətlərdə aldığı səhmlər üçün 6,675 mlrd. dollar məbləğində investisiya yatırıb.

Bağlanan əqdlər arasında ən irisi "Goldman Sachs" investisiya bankının payına düşüb. Belə ki, adıçəkilən bank 2015-ci ildə "SOCAR Turkey Energy" şirkətinin səhmdarı olmaq üçün 1,3 mlrd. dollar xərcləyib.

Hesabat dövründə İspaniya şirkətləri türk iş adamları ilə ümumi dəyəri 9,683 mlrd. dollar olan 23 əqd bağlayıb. Bağlanan ən iri əqd BBVA-nın payına düşür. Belə ki, 2010 ildə BBVA 5,838 mlrd. dollarından keçərək "Garanti Bankası"nın ən iri səhmdarı olub. 2014 və 2017-ci illərdə tam olaraq "Garanti Bankası" üzərində nəzarəti ələ keçirən BBVA investisiya qoyuluşunu 9,218 mlrd. dollara çatdırıb.
 
Xatırladaq ki, "Goldman Sachs" 2015-ci ildə "SOCAR Turkey Energy A.Ş." şirkətinin (SOCAR-ın Türkiyədəki törəməsi) səhmlərinin 13%-nə yiyələnmək üçün 1,3 mlrd. dollar ödəyib. SOCAR əldə edilən vəsaitin 1 mlrd. dollarlıq hissəsini "Petkim Petrokimya Holding A.Ş."-nin özəlləşdirilməsi nəticəsində yaranmış öhdəliyin yerinə yetirilməsinə yönəldib.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002