Çexiyanın Karla Enqlişe Universitetinin rektoru ADU-da olub
Azərbaycan
Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan
Abdullayev Çexiyanın Karla Enqlişe
Universitetinin rektoru Yarmila Vaşulkova ilə görüşüb.
Qonağı salamlayan
professor Ə.Abdullayev onu universitetdə görməkdən məmnun olduğunu deyib.
Universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında danışan
professor ADU-nun nüfuzlu ali təhsil ocağı olduğunu qeyd edib. O, ADU-nun
dünyanın bir sıra universitetləri ilə əməkdaşlıq etdiyini bildirib. Ə.Abdullayev
Çexiya universitetləri ilə də əməkdaşlığın vacibliyini vurğulayıb.
Səmimi qəbula görə təşəkkür
edən Y.Vaşulkova ADU-da olmaqdan məmnunluğunu bildirib. O, Azərbaycana heyran
olduğunu və ölkəmizi çox sevdiyini deyib. Təmsil etdiyi ali təhsil müəssisəsi
haqqında danışan Y.Vaşulkova onun fəaliyyət istiqamətlərindən söz açıb.
Görüşdə gələcək əməkdaşlıq
perspektivləri, müəllim-tələbə mübadiləsi və ikitərəfli əlaqələrin inkişaf
etdirilməsi haqqında fikir mübadiləsi aparılıb.