• cümə, 19 Aprel, 04:35
  • Baku Bakı 18°C

Çexiyanın Karla Enqlişe Universitetinin rektoru ADU-da olub

17.05.17 22:19 736
Çexiyanın Karla Enqlişe Universitetinin rektoru ADU-da olub
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Çexiyanın Karla Enqlişe Universitetinin rektoru Yarmila Vaşulkova ilə görüşüb.
Qonağı salamlayan professor Ə.Abdullayev onu universitetdə görməkdən məmnun olduğunu deyib. Universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında danışan professor ADU-nun nüfuzlu ali təhsil ocağı olduğunu qeyd edib. O, ADU-nun dünyanın bir sıra universitetləri ilə əməkdaşlıq etdiyini bildirib. Ə.Abdullayev Çexiya universitetləri ilə də əməkdaşlığın vacibliyini vurğulayıb.
Səmimi qəbula görə təşəkkür edən Y.Vaşulkova ADU-da olmaqdan məmnunluğunu bildirib. O, Azərbaycana heyran olduğunu və ölkəmizi çox sevdiyini deyib. Təmsil etdiyi ali təhsil müəssisəsi haqqında danışan Y.Vaşulkova onun fəaliyyət istiqamətlərindən söz açıb.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi haqqında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər