• cümə axşamı, 28 mart, 16:22
  • Baku Bakı 16°C

Çexiyanın Baş naziri: Avropa İttifaqından çıxmaq bizim üçün fəlakətə çevrilər

11.09.18 13:45 468
Çexiyanın Baş naziri: Avropa İttifaqından çıxmaq bizim üçün fəlakətə çevrilər
Çexiyanın Baş naziri Andrey Babiş Almaniyanın "Bild” nəşrinə müsahibəsində deyib: "Bizə güclü Avropa lazımdır; Çexiyanın Avropa İttifaqından çıxması fəlakət olardı”.
AZƏRTACxəbər verir ki, Çexiya hökuməti başçısının sözlərinə görə, Avropa sülhü qoruyub saxlamağa imkan verən gözəl layihədir. "Brexit” pisdir və bənzər hadisənin təkrarlanmaması üçün Aİ ölkələri birlikdə səy göstərməlidir.
Andrey Babiş, həmçinin məlumat verib ki, Çexiya avroya keçmək istəmir. Belə ki, əvvəlcə avrozonada islahatlar aparılması zəruridir. Miqrasiya məsələsinə toxunan siyasətçi qeyd edib ki, "2019-cu ildə Avropa Parlamentinə seçkilər "sakit çoxluğun” miqrasiya haqında nə fikirləşdiyini göstərəcək”.
banner

Oxşar Xəbərlər