• çərşənbə, 24 Aprel, 17:50
  • Baku Bakı 27°C

Çexiyalı deputat Yerevanda Qarabağdan danışdı: “İşğal etdiyiniz əraziləri niyə qaytarmırsınız?”

19.06.15 13:26 1259
Çexiyalı deputat Yerevanda Qarabağdan danışdı: “İşğal etdiyiniz əraziləri niyə qaytarmırsınız?”
Yerevanda keçirlən NATO PA-nın seminarında iştirak edən Çexiya parlamentinin deputatı Milan Sarapatki Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal altında saxladığı ərazilərlə bağlı məsələni qaldırıb.
Strateq.az bildirir ki, seminarda işitrak edən çex deputat bildirib ki, zaman Ermənistanın əleyhinə işləyir. “Erməni tərəfi strateji məqsədlərə görə işğal etdiyi” əraziləri geri qaytarmağa hazırdırmı?” – deyə çex deputat sual edib.
Ermənistan XİN müavini Aşot Ovakimyan suala cavabdan yayınıb. Nazir müavini bildirib ki, hazırda söhbət münqaişənin dinc yolla həllindən gedir. “Ərazilərin geri qaytarılması qarşılıqlı güzəşt demək deyil. Bu problemin birtərəfli yolla həllidir. Əgər belə davam etsək problemin həllinə nail ola bilməyəcəyik”. Ovakimyan deyib ki, Qarabağ probleminin həlli hər iki tərəfin gedəcəyi qarşılıqlı güzəştlərədn asılıdır.
banner

Oxşar Xəbərlər