• cümə, 19 Aprel, 22:35
  • Baku Bakı 24°C

Çexiyada Yan Palaxın özünü yandırmasının 50 illik yubileyi qeyd ediləcək

15.01.19 14:00 436
Çexiyada Yan Palaxın özünü yandırmasının 50 illik yubileyi qeyd ediləcək
Varşava Müqaviləsi ölkələri qoşunlarının1968-ci ildə Çexiyaya yeridilməsinə qarşı etiraz əlaməti olaraq Yan Palaxın özünü yandırmasının 50 illiyi ilə bağlı yanvarın 16-da keçiriləcək təntənəli mitinqin iştirakçıları Praqa müqavimət hərəkatının bu rəmzinin xatirəsini yad edəcəklər.
AZƏRTACxəbər verir ki, tədbir Brno şəhərindəki Azadlıq meydanında təşkil olunacaq.
1969-cu ildə təkcə çex mətbuatında deyil, xarici KİV-lərdə də barəsində yazılan, Çexiya üçün əhəmiyyətli hadisə olan bu yarıməsrlik yubiley bu həftə ölkənin hər bir yerində qeyd ediləcək.
"Společně Brno” ictimai təşkilatından olan mitinq iştirakçıları kommunist rejiminin qurbanlarına həsr olunmuş qranitdən düzəldilmiş xatirə lövhəsini və yanvarın 19-da aldığı zədələrdən həlak olan Yan Palaxın portretini meydana gətirəcəklər.
banner

Oxşar Xəbərlər