AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Çexiyada nəşə çəkmək qanuniləşdi

Çexiyada nəşə çəkmək qanuniləşdi

Təfsilat
08 Dekabr 2012, 11:29 4326
Çexiya parlamenti apteklərdə marixuananın reseptlə satışına icazə verib.

Çexiya apteklərində marixuananın həm özünü, həm də onun əsasında hazırlanmış dərmanları almaq mümkün olacaq.

”APA”nın “Reuters”ə istinadən verdiyi məlumata görə, sözügedən qanun gələn ildən etibarən qüvvəyə minəcək. Gələn il Çexiyada yalnız idxal olunmuş marixuana satışa çıxarılacaq. Lakin sonradan Narkotiklərə Nəzarət Avropa Dövlət İnstitutu yerli istehsalçılara marixuananın yetişdirilməsinə dair müvafiq lisenziya verəcək.

Qeyd edək ki, Çexiyanın antinarkotik qanunvericiliyi bundan öncə marixuananın yetişdirilməsinə və istifadəsinə icazə versə də (15 qramdan az olmaq şərtilə), narkotik vasitələrinin satışını qadağan edirdi. Yeni qanun layihəsinin hazırlayanlardan biri olan Pavel Bemanın sözlərinə görə, yeni qanun marixuananı qadağaya baxmayaraq istifadə edən pasiyentlər üçün nəzərdə tutulub ki, onlar bu narkotik vasitələri apteklərdə əldə edə bilsinlər.

Qeyd edək ki, marixuana dünyada ən çox istifadə olunan narkotik vasitədir. Tibb sahəsində bu narkotik vasitəni xərçəng xəstəliyi zamanı ağrıları azaltmaq üçün istifadə edirlər.