• cümə axşamı, 25 aprel, 20:29
  • Baku Bakı 21°C

Çexiyada koronavirusdan ilk ölüm halı qeydə alınıb

23.03.20 12:15 1941
Çexiyada koronavirusdan ilk ölüm halı qeydə alınıb
Çexiyada yeni növ koronavirusdan (COVİD-19) ilk ölüm halı qeydə alınıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında ölkənin səhiyyə nazirinin müavini Roman Prımula deyib.
R.Prımula bildirib: "95 yaşlı kişi "Na bulovtse" xəstəxanasında dünyasını dəyişib. O, intensiv terapiya şöbəsində yerləşdirilməmişdi. Onun bir çox xəstəliyi olub. Mən onun birbaşa COVİD-19-dan öldüyünü deməzdim. Lakin statistikaya uyğun olaraq bu, Çexiyada koronavirus səbibilə ilk ölüm halı sayılır".
Qeyd edək ki, Çexiyada koronavirusa ilk yoluxma halı martın 1-i qeydə alınıb. Hazırda ölkədə 1120 koronavirus xəstəsi var, 6 nəfər sağalıb.
banner

Oxşar Xəbərlər