AZE | RUS | ENG |

Çexiyada alternativ energetikaya sərmayə qoyuluşu artır

Çexiyada alternativ energetikaya sərmayə qoyuluşu artır
Çexiyalı sahibkar Daniel Krjetinskinin transmilli energetika və sənaye holdinqi (EPH) son iki ildə bərpaolunan enerji mənbələrinə 18 milyard krondan (703 milyon avro) çox sərmayə qoyub.

AZƏRTAC Holdinqin rəhbərliyinə istinadla xəbər verir ki, İtaliya, Böyük Britaniya və Almaniyadakı EPH-nin yeganə və ya şərikli sahib olduğu elektrik stansiyaları atmosferə zərərli emissiyalar tullantılarını 19 faiz azaltmağa nail olub. Bu, kombinə edilmiş üsulla elektrik enerjisi və istilik istehsalının 38 faizə çatdırılması fonunda baş verib.

Energetika və sənaye holdinqi hazırda kömürlə işləyən elektrik stansiyalarında enerji istehsalının tədricən azaldılması proqramını həyata keçirir. Bununla əlaqədar, buxar-qaz emissiyalarının aşağı olduğu və bioloji kütlədən istifadə edilən mənbələrə üstünlük verilir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6321
GBP 1 İngilis funt sterlinqi 2.2216
TRY 1 Türk lirəsi 0.3012
KWD 1 Küveyt dinarı 5.6036
SEK 1 İsveç kronu 0.1892
EUR 1 Avro 1.9570
CHF 1 İsveçrə frankı 1.7059
USD 1 ABŞ dolları 1.7000