• cümə axşamı, 25 aprel, 05:29
  • Baku Bakı 19°C

Çexiya şirkətləri Bakı-Tbilisi-Qars ilə yükdaşımalara maraq göstərir

21.01.19 12:15 547
Çexiya şirkətləri Bakı-Tbilisi-Qars ilə yükdaşımalara maraq göstərir
Çexiya şirkətləri Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yükdaşımalarda iştirak etməyə maraq göstərir.
Bunu Trend-ə açıqlamasında Çexiyanın sənaye və ticarət naziri Marta Novakova deyib.
M.Novakova bildirib ki, hazırda Çexiyanın "Moravia Steel a.s." şirkəti BTQ dəmir yolunun modernləşdirilməsini davam etdirir.
Ümumilikdə nəqliyyat və logistika sahəsindən danışan M.Novakova vurğulayıb ki, nəqliyyat infrastrukturunun modernləşdirilməsinə, avtomobil və dəmir yolları şəbəkəsinin yenidən qurulmasına yönəlmiş yeni layihələr böyük imkanlar təqdim edir.
Xatırladaq ki, 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ildə Çexiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 1,04 milyard dollar təşkil edib. Azərbaycan məhsullarının ixracının payına 938,4 milyon dollar düşüb. 2017-ci illə müqayisədə ölkələr arasında əmtəə dövriyyəsi 36,5 faiz, Azərbaycan məhsullarının ixracı isə təqribən iki dəfə artıb.
banner

Oxşar Xəbərlər