Çexiya şirkəti Türkiyədə neft axtarmaq istəyir
Çexiya şirkəti Türkiyədə neft axtarmaq niyyətindədir.
AZƏRTACxəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Neft İşləri İdarəsinin "Resmi Gazete”də yer alan məlumatında deyilir. Bildirilir ki, Çexiyanın "Gazelle Energy” şirkəti Türkiyənin iki ərazisində neft axtarışına dair lisenziya almaq üçün müraciət edib.