• çərşənbə axşamı, 19 mart, 10:41
  • Baku Bakı 8°C

“Exit-poll” neçə məntəqədə keçiriləcək?

24.03.18 15:30 549
“Exit-poll” neçə məntəqədə keçiriləcək?
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar "exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınan təşkilatların "exit-poll” keçirəcəyi dairələrin sayı məlum olub.
Kaspi.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "Artur Finkelşteyn və Assosiasiya” şirkəti 40, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın "Opinion Way” təşkilatı ilə birlikdə 118, "Els" Müstəqil Araşdırmalar Mərkəzi 118 və "RƏY” Monitorinq Mərkəzi 48 seçki dairəsində monitorinq keçirəcək.
banner

Oxşar Xəbərlər