• cümə, 19 Aprel, 10:30
  • Baku Bakı 13°C

“Exit-poll” keçirmək istəyən təşkilatların sənədlərinin qəbulu müddəti başa çatıb

22.03.18 14:40 624
“Exit-poll” keçirmək istəyən təşkilatların sənədlərinin qəbulu müddəti başa çatıb
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar "exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi müddəti bu gün başa çatıb.
APA-nın məlumatına görə, "Azərbaycan Respublikasında seçkilərdə "exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”na əsasən "exit-poll” keçirmək niyyətində olan təşkilatlar səsvermə gününə ən azı 20 gün qalanadək akkreditasiya üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir.
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu müddət martın 22-ə qədər olan dövrü əhatə edib.
MSK səsvermə gününə ən azı 10 gün qalanadək, yəni aprelin 1-dək "Exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.
banner

Oxşar Xəbərlər