• şənbə, 20 Aprel, 06:41
  • Baku Bakı 14°C

“Exit-pol”: Rəyi soruşulan vətəndaşlar referendumda səsvermə üçün yaradılan şəraitdən razıdırlar

26.09.16 12:47 754
“Exit-pol”: Rəyi soruşulan vətəndaşlar referendumda səsvermə üçün yaradılan şəraitdən razıdırlar
Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar 17 saylı Yasamal üçüncü seçki dairəsi dairə seçki komissiyasının 2 saylı seçki məntəqəsində səsvermə prosesi üçün hər cür şərait yaradılıb. Burada olduğumuz müddətdə heç bir qayda pozuntusu və ya vətəndaş narazılığı ilə qarşılaşmamışıq.
Bu sözləriAZƏRTAC-a müsahibəsində referendumla əlaqədar "exit-pol” aparan "ELS” Müstəqil Araşdırmalar Mərkəzinin məntəqədəki nümayəndəsi Rəhim Bayramlı bildirib. Qeyd olunub ki, məntəqədə ümumxalq səsverməsi demokratik və şəffaf şəraitdə davam edir. Hər bir vətəndaş səsvermədə yüksək əhval ruhiyyədə iştirak edir. Sorğular göstərir ki, indiyədək səsvermədə iştirak edən hər bir vətəndaş seçki məntəqəsində yaradılan şəraitdən və səsvermə prosesindən razıdır.
banner

Oxşar Xəbərlər