• cümə, 29 Mart, 00:35
  • Baku Bakı 7°C

“Excelsior Hotel & Spa Baku” toy mərasimlərinin yeni fəslinə başlayıb

01.05.14 16:47 1902
“Excelsior Hotel & Spa Baku” toy mərasimlərinin yeni fəslinə başlayıb
Bahar gəlişi ilə əlaqədar “Excelsior Hotel & Spa Baku” oteli toy mərasimlərinin yeni fəslinə başlayıb. Otelin marketinq və satış departamentinin direktoru Damla Bayık “Kaspi”yə açıqlamasında belə mərasimlər üçün otelin imkanlarından bəhs edib. Bildirib ki, otelin rəhbərliyi marketinq fəaliyyəti çərçivəsində şəhər sakinlərinin istəklərini nəzərə alıb və toy mərasimlərinin təşkilində yeniliklər edib:
“Ənənəyə sadiq qalaraq “Excelsior Hotel & Spa Baku” mərkəzinə müraciət etmək istəyənlər 250 nəfərlik Afurca zalında və yaxud 400-450 nəfərlik hovuz kənarında açıq havada toy mərasimlərini təşkil edə bilərlər. Afurca zalı Avropa standartlarına uyğun bütün lazımi şəraitlə təmin edilib. Burada yüksək səviyyəli peşəkar aşpazlar xidmət göstərir. Hər iki məkanda toy keçirmək, digər sözlə şənliyə açıq havada hovuz kənarında davam etmək imkanı ilə otel bir çox şadlıq saraylarını geridə qoyur. Misilsiz toy mərasimi, gərçək nağıl yalnız “Excelsior Hotel & Spa Baku” otelində mümkündür. Qonaqlar toy mərasimini proyektor vasitəsi ilə böyük ekrandan izləyə bilir”.
Damla xanım qeyd edib ki, toy mərasimin təşkilini bu işlə məşğul olan şirkətlərə də həvalə etmək olar: “Otelin belə şirkətlərlə xüsusi razılaşması var. Qiymətlər demək olar ki, paytaxtımızın orta səviyyədə yaşayan sakinlərin imkanlarına uyğundur. Ənənəvi milli mətbəx bir nəfərə 50, Avropa mətbəxi isə 80 manatdan başlayır. Toy menyusu sifariş edənlərə otel mərtəbəli tort hədiyyə edir. Mərasim qonaqları ödənişsiz parkinq ilə təmin edilir. Uzaq yoldan gəlmiş qonaqlara qrup şəklində oteldə endirimlə gecələmək imkanı verilir. Mərasimdən sonra yeni evlilərə oteldə səhər yeməyi və şampan şərabı ilə bir gecəlik nömrə ayrılır. Əlavə olaraq, yeni evlilər və onların valideynləri toydan əvvəl və sonra Aura Spa mərkəzinə gələr bilər. Mən otelin Spa və Fitness mərkəzini xüsusi vurğulamaq istərdim. Burada həm kişilər, həm də qadınlar müxtəlif spa prosedrularını qəbul edə, hovuzda üzərək, trenajor və skvoş zallarında məşğul olaraq səhhətlərini möhkəmləndirə bilərlər. Xüsusi təchiz edilmiş zallarda pilates, aerobika, yoqa və kalanetika dərsləri keçirilir. Mərkəzdə daha bir yenilik, boks üzrə təlimçinin olmasıdır ki, bu da idmanın bu növü ilə məşğul olmaq istəyənlərə imkan yaradır. Üzümü əziz kişilərə və qadınlara tutaraq demək istəyirəm ki, fiziki hazırlığınızı həmişə qoruyub saxlayın, çünki mərkəzin təklif etdiyi rüblük, yarım illik və illik abunə qiymətləri kifayət qədər sərfəlidir. Bu qiymətə sədalanan idman növləri də daxildir. Bir sözlə, “Excelsior Hotel & Spa Baku” otelində toy keçirmək doğru seçim olmaqla yanaşı gözəl zövqün göstəricisidir. Bu ənənələrlə müasirliyin qovuşması, gənclərin və toy təşkilatçılarının arzularının gerçəkləşməsidir. Qonaqlar müxtəlif çeşidli milli və Avropa yeməklərindən, musiqili proqramdan həzz alacaqlar. Sözsüz ki, həyatınızın ən mühüm günü qeyri ənənəvi şəkildə keçərsə, daha da yaddaqalan olacaq. Bundan əlavə, qaranlıqda səmaya buraxılan fişənglər təntənəli mərasimə müstəsnalıq qatacaq. Toyunuzdan çəkilmiş fotolar və müvafiq məqalələr “Wedding” Azərbaycan jurnalında dərc olunacaq”.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər