• şənbə, 20 Aprel, 03:47
  • Baku Bakı 15°C

“Excelsior Hotel Baku” otelində uşaqlar üçün Yeni il balı

08.12.14 17:28 1861
“Excelsior Hotel Baku” otelində uşaqlar üçün Yeni il balı
2015-ci il yanvarın 4-də “Excelsior Hotel Baku” otelinin “Afurca” zalında uşaqlar üçün Yeni il balı keçiriləcək. Proqramda ənənəvi Şaxta Baba və Qar qızla yanaşı, uşaqlar sevimli nağıl personajları ilə də görüşəcəklər. Onların qarşısında Panda Kids şou-baleti, rəqs qrupu, illüzionist, Dj & Diskonun müşayiəti ilə interaktiv oyun proqramında müasir nağıl qəhrəmanları çıxış edəcək, sabun köpükləri şousu nümayiş etdiriləcək. Şou zamanı peşəkar xoreoqraf uşaqlara rəqs etməyi öyrədəcək, valideynlər üçün isə Fashion - moda nümayişi, Amerikadan gələn qonaqla eksklüziv Creative Show baş tutacaq.
Yeni il balının gedişində uşaqlar Panda Kidsdən, Elvan İstanbuldan, Creative TK kidsdən orijinal hədiyyələr və suvenirlər, pulsuz akvaqrim və pulsuz saç düzümü, valideynlər isə Panda Kids mağazasından endirim kuponları, Elvan İstanbuldan şirniyyat, Creative TK kidsdən isə bonus kartları əldə edəcəklər.
Biletləri almaq və sifariş etmək üçün 012-5111082, 055-9761155 nömrəli telefonlara, biletlərin pulsuz çatdırılması üçün - 055-9761155 nömrəli telefona zəng etmək lazımdır.
banner

Oxşar Xəbərlər