• cümə, 19 Aprel, 16:00
  • Baku Bakı 25°C

“Excelsior Hotel Baku” oteli yeni peşəkar tədris proqramını təklif edir

22.01.15 12:09 1474
“Excelsior Hotel Baku” oteli yeni peşəkar tədris proqramını təklif edir
“Excelsior Hotel Baku” oteli mehmanxana sektorunda peşəkar tədris ilə bağlı yeni proqramın başlanmasını elan edib. Otelin İnsan resursları departamenti tərəfindən təcrübə toplamağın yeni proqramı işlənib hazırlanıb və tətbiq edilib. Bu proqram kulinar və aşpaz hazırlayan texniki-peşə məktəbləri şagirdlərini və Turizm İnstitutunun tələbələrini əhatə edir. Bir ay ərzində tələbəlik təcrübəsini keçmək imkanı mövcud olan əvvəlki illərdən fərqli olaraq, indi praktiki biliklər əldə etmək üçün imkanlar xeyli genişlənib. Pulsuz öyrədici proqram 6 ay üçün nəzərdə tutulub və proqram başa çatdıqdan sonra müvafiq sertifikat verilir.
“Excelsior Hotel Baku” otelinin İnsan resursları departamentinin meneceri Kamran Rzayevin qeyd etdiyi kimi, bundan qarşılıqlı fayda göz qabağındadır, tələbələr bilavasitə iş yerlərində praktiki təcrübə keçir, otelin kadr xidməti isə - gələcəkdə namizəd ola biləcək əməkdaşlar əldə edir. Bu proqram adi tələbə təcrübəsindən xeyli genişdir və gənclərin seçdikləri profil üzrə işə düzəlməsinə kömək edir. Bu gün “Excelsior Hotel Baku” oteli – yüzlərlə insan üçün peşəkar inkişaf, karyerada yüksəliş və özünü reallaşdırma üçün imkanlar deməkdir.
Qeyd edək ki, “Excelsior Hotel Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.
banner

Oxşar Xəbərlər