• cümə, 29 Mart, 13:36
  • Baku Bakı 14°C

Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub

17.08.18 16:30 939
Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 126 cinayət faktından 31-nin üstü "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş beş yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb, dörd nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər