• cümə, 19 Aprel, 01:03
  • Baku Bakı 18°C

“Əvvəlcə Azərbaycan yığmasının öhdəsindən gəlməliyik”

04.10.13 11:08 1202
“Əvvəlcə Azərbaycan yığmasının öhdəsindən gəlməliyik”
“Biz Sloveniya ilə matçı çox yaxşı nəticə ilə bitirdik. Həmin matçda qələbə qazanmaq mühüm idi. Çünki bu futbolçular U-17-nin elit mərhələsindən bəri qələbə qazanmamışdılar. Onlar qapılarını toxunulmaz saxlamaqla yaxşı iş gördülər”. Apasport.az saytının məlumatına görə, bunu 19 yaşadək İrlandiya yığmasının baş məşqçisi Pol Dulin deyib.
Sentyabrın 10-da İsveçdə U-19-ların Avropa çempionatının seçmə mərhələsi start götürəcək.
Ötən ay Sloveniya ilə yoldaşlıq oyununda 2:0 qalib gəlmələrindən danışan irlandiyalıların 50 yaşlı çalışdırıcısı qrupdakı rəqibləri qısaca analiz edib: “Hər 10 aydan bir heyətin dəyişdirilməsi çətinlik yaradır. Düşünürəm ki, bizim qrup çətindir. Azərbaycan intizamlı komandadır və hazırda Latviyada çox yaxşı hazırlıq keçir. İsveç və Bosniya və Herseqovina ilə də oyunlar çox çətin keçəcək”.
Dulin ilk oyunda qarşılaşacaqları millimiz haqqında da danışıb. O, millimizin Xorvatiya ilə oyununun diskinə baxdığını bildirib: “Əgər hamı birlikdə ilk oyunda əlindən gələni etsə, yaxşı nəticə qazana bilərik ki, bu da çox mühümdür. Azərbaycan avqustda Xorvatiya ilə heç-heçə edib. Rəqibimiz həmin oyunda özünü intizamlı, sürətli və yaxşı təşkil olunmuş komanda kimi göstərib. Biz əvvəlcə Azərbaycanın öhdəsindən gəlməliyik. Əgər biz bu oyuna düzgün yanaşsaq, biz mərhələ keçə bilərik”.
Qeyd edək ki, millimiz seçmə mərhələdə ilk oyununu məhz İrlandiyaya qarşı keçirəcək. Oktyabrın 10-da baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
banner

Oxşar Xəbərlər