• cümə, 29 Mart, 14:09
  • Baku Bakı 14°C

Əvvəl icarəyə götürmək istəyirlər, sonra isə...

11.07.17 11:35 1200
Əvvəl icarəyə götürmək istəyirlər, sonra isə...
"Bavariya” "Real”ın futbolçusu Xames Rodrigesi transfer etmək üçün danışıqları davam etdirir.
Kaspi.az xəbər verir ki, "Bavariya” Xamesi, sonradan bütün hüquqlara yiyələnməklə, 2 illik icarəyə götürmək niyyətindədir. Xames "Real”da "Bavariya”nın hazırkı baş məşqçisi Karlo Ançelottinin rəhbərliyi altında oynayıb.
Kolumbiyalı futbolçunu "Mançester Yunayted” də heyətində görmək istəyir. Yarımmüdafiəçinin "Real”la qüvvədə olan müqaviləsi 2020-ci ilin yayında başa çatır.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, Xames yaxın günlərdə "Real”ı tərk edəcək. O, "Real”da 2014-cü ildən çıxış edir. Bu müddətdə 110 oyun keçirən futbolçu, 36 qol vurub.
banner

Oxşar Xəbərlər