• şənbə, 27 Aprel, 08:02
  • Baku Bakı 12°C

Evlərdən oğurluq edən şəxslər saxlanılıb

10.03.18 12:40 725
Evlərdən oğurluq edən şəxslər saxlanılıb
Quldurluğa görə tutulmuş şəxslərin digər əməllərinin də üstü açılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə martın 7-də quldurluq etdiklərinə görə tutulmuş Elnur Axundovun və Rafiq Ağayevin ətrafında aparılan tədbirlərlə onların martın 2-də Ceyranbatan qəsəbəsində yaşayan Vüsalə Həşimovaya qarşı quldurluğa cəhd göstərmələri, habelə ötən il dekabrından cari ilin yanvar ayınadək olan müddətdə 2 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Araşdırmalar aparılır.
banner

Oxşar Xəbərlər