• çərşənbə, 24 Aprel, 14:37
  • Baku Bakı 27°C

Evlərdən 7 min manata yaxın qızıl əşyalar oğurlayan şəxslər saxlanılıb

18.12.18 21:54 642
Evlərdən 7 min manata yaxın qızıl əşyalar oğurlayan şəxslər saxlanılıb
Evlərdən 7 min manata yaxın qızıl əşyalar oğurlayan şəxslər saxlanılıb.
DİN-dən Trend-ə verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il sentyabrın 4-də rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Ruhid Məmmədov saxlanılıb.
Şabran RPŞ-nin əməkdaşları tərəfindən isə dekabrın 15-də rayon ərazisindəki evlərin birindən 2660 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Tehran Cavadov saxlanılıb.
banner

Oxşar Xəbərlər