• cümə, 29 Mart, 02:15
  • Baku Bakı 7°C

Çevik milli strategiyaya malik ölkə

03.09.15 10:32 779
Çevik milli strategiyaya malik ölkə
ABŞ-da nəşr olunan nüfuzlu “Stratfor” siyasi jurnalında Azərbaycan haqqında “Azərbaycanın çevik milli strategiyası” başlıqlı məqalə dərc olunub. “Kaspi” qəzeti məqalənin tərcümə variantını təqdim edir.
Sahildən Bakıya açılan mənzərə müasir Azərbaycanın mahiyyətini göstərir. Bulvar yarımadanın şimal-qərbinə qədər uzanır. Ondan kənarda isə Xəzər dənizinin dəyişən sularını, uzaqda çoxsaylı neft tankerlərini görmək mümkündür. Xəzər dənizindən neft tankerlərinin işinin hesabına tikilən müasir şəhər görünür. Bakının konturu alov şəklində olan möhtəşəm göydələn və onun ətrafında olan Avropa üslublu binalarla boldur. Bu görkəmli tikililər Bakının Azərbaycanın siyasi və iqtisadi mərkəzi olması ilə bərabər, Avrasiyada əsas enerji oyunçusu kimi əhəmiyyətini vurğulayır.
Bulvarda Azərbaycanın milli bayramlarına görə atəşfəşanlıq təşkil edilir və müxtəlif tədbirlər keçirilir. Azərbaycan 24 illik müstəqilliyini qeyd edir. Müstəqillik günü bir qayda olaraq 18 oktyabrda keçirilir. Lakin indiki məqamda biz Azərbaycanın son iki onillikdəki vəziyyəti və gələcəyi haqqında düşünə bilərik.
Tarix baxımından 24 il çox böyük zaman deyil. Lakin Azərbaycanda bu illər ərzində çox böyük dəyişikliklər baş verib. Müstəqillik illərinin ilk vaxtları uğursuz müddət ilə üst-üstə düşdü. 1991-ci ilin avqust ayının sonlarından başlayaraq Azərbaycan Ermənistan ilə müharibə şəraitində idi. Bu münaqişə bir neçə il davam etdi və minlərlə insan müharibədə həyatını itirdi. Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal etdi və bu, Azərbaycan ərazisinin 20%-ni təşkil edirdi.
Müstəqilliyin ilk illərində Azərbaycanın yürütdüyü siyasət nizamsız vəziyyətdə idi. Bu dövrdə Sovet Azərbaycanının keçmiş rəhbəri və SSRİ-də Mərkəzi Komitənin üzvü olmuş Heydər Əliyevin nüfuzu artmışdı. Azərbaycanın üçüncü prezidenti hakimiyyəti möhkəmləndirməyə, hökumətdə nizam-intizam yaratmağa və Ermənistan ilə atəşkəs haqqında saziş imzalamağa nail oldu.
Heydər Əliyevin başçılığı ilə keçmiş sovet ölkəsi olan Azərbaycan indiyədək davam edən öz milli strategiyasını yaratdı. Azərbaycan ilk növbədə iqtisadiyyatını gücləndirmək üçün öz təbii sərvətlərindən istifadə etməyə başladı. Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan xaricə neft və qazını ötürəcək layihələr həyata keçirməyə başladı.
Heydər Əliyevin başçılığı ilə Azərbaycan öz enerji sənayesini şaxələndirərək daha da gücləndirdi. Bunun nəticəsində Azərbaycanın milli strategiyasında yeni komponent meydana gəldi. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün böyük dövlətlər ilə balanslaşdırılmış siyasət yürütməyə başladı. Azərbaycan regional ölkələr ilə müttəfiqlik etməkdən boyun qaçıra bildi. Bu da ölkəyə öz müstəqilliyini saxlamaq və xarici müdaxilələrdən qaçmaq imkanı yaratdı.
Azərbaycan bir neçə böyük dövlət ilə əməkdaşlıq etməyə can atırdı. Bu məqamda enerji sənayesinin inkişaf etməsi həlledici rola malik idi. Azərbaycan Bakı-Tbilisi-Ceyhan başda olmaqla, bir neçə layihə həyata keçirdi. Ölkə həmçinin enerji resurslarının İran və Rusiyaya ixracını da artırdı. Azərbaycan Ermənistan kimi Rusiya alyansına qoşulmadı. Həmçinin Azərbaycan Gürcüstan kimi Avropa İttifaqına və NATO-ya qoşulmaq niyyətində də deyildi. Bunun əvəzində ölkə hər iki alyans ilə, o cümlədən İranla, Türkiyə ilə əlaqələrini genişləndirirdi. Bu, Azərbaycana enerji sahəsinə və bütövlükdə iqtisadiyyata diqqət etmək imkanı verdi. 2003-cü ildə Heydər Əliyev vəfat etdikdən sonra hakimiyyətə onun oğlu İlham Əliyev gəldi.
Son on il ərzində İlham Əliyev ölkəni atası kimi idarə edib. Ölkə iqtisadiyyatı daha da inkişaf etməyə başladı. Dağlıq Qarabağı işğaldan azad etmək üçün hərbi büdcə daha da artırıldı. İlham Əliyev atasının milli strategiyasını davam etdirərək, Rusiya, Türkiyə, İran və Qərb dövlətləri ilə balanslaşdırılmış siyasət yürüdür. Regionda baş verən bütün hadisələrə baxmayaraq, Azərbaycan geosiyasi dəyişikliklərə balanslı reaksiya verərək bütün alyanslardan kənarda qalmağı bacarıb.
Rusiya ilə Qərb dövlətlərinin Ukraynaya görə üz-üzə qalması Azərbaycanı Avropa üçün daha vacib tərəfdaşa çevirdi. Avropa İttifaqının Azərbaycanı Trans-Xəzər layihəsində iştirak etməyə çağırması bunun bariz nümunəsidir. Azərbaycan Qərb dövlətləri kimi Rusiya üçün də çox qiymətli tərəfdaşdır. Bakı regionda öz siyasi və hərbi maraqlarını qorumaq üçün öz nüfuzundan istifadə etməyə çalışır.
Aydındır ki, Azərbaycan müstəqillik qazandığı 1991-ci ildən bəri çox uzun və qeyri-sabit yol keçib. Son iki on ildə baş verən hadisələr nəticəsində Azərbaycan Avrasiyada enerji sahəsində daha vacib oyunçu olmağa hazırdır.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər