• çərşənbə, 24 Aprel, 12:50
  • Baku Bakı 27°C

“Əvəzimdə kiminsə danışmasını sevmirəm”

07.04.17 13:10 738
“Əvəzimdə kiminsə danışmasını sevmirəm”
"Çelsi”nin baş məşqçisi Antonio Konte haqqında yayılan söz-söhbətə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Kontenin yayda İtaliyaya qayıdacağı ilə bağlı məlumat yayılmışdı. Məlumatı Kontenin dostu, italyan agent Federiko Pastarello yaymışdı. Konte dostunun açıqlamasını təkzib edib:
"Əvəzimdə kiminsə danışmasını sevmirəm. Pastarello mənim dostumdu, onu yaxşı tanıyıram. Kimsə mənim barəmdə nəsə bilmək istəyirsə, onda özümə müraciət etməlidir.
"Çelsi” çempionluq uğrunda mübarizə aparır. Biz birlikdə bu hədəfə çatmaq niyyətindəyik. Əlbəttə, mən növbəti mövsümdə də klubda işləməyə davam edəcəyəm”.
banner

Oxşar Xəbərlər