Əvəzedilməz oyunçu yoxdur - Fiqu Ronaldo barədə
"Real”ın və Portuqaliya yığmasının sabiq futbolçusu Luiş Fiqu
Kriştiano Ronaldo barədə yayılan söz-söhbətə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Fiqu Ronaldonun "Real”ı tərk edəcəyinə
inanmadığını deyib. O, əvəzedilməz futbolçunu olmadığını da vurğulayaraq,
komandanın bir oyunçudan asılı olmasının yolverilməz olduğunu bildirib:
"Yəqin ki, Ronaldonun "Real”ı tərk etməsi üçün çoxlu səbəblər
olmalıdır. Bütün hallarda, bu, Ronaldonun şəxsi işidir. Amma onun başqa kluba
keçəcəyinə də inanmıram.
Ümumiyyətlə, hesab edirəm ki, əvəzedilməz futbolçu yoxdur. Təkcə
Ronaldonu və Pepeni nəzərdə tutmuram. Düşünürəm ki, klub bir futbolçudan asılı
olmamalıdır. Klubun tarixi hər şeydən üstündü”.