• cümə axşamı, 25 aprel, 05:05
  • Baku Bakı 19°C

“Everton” Kumanı məhkəməyə verir

30.03.18 12:40 655
“Everton” Kumanı məhkəməyə verir
"Everton” sabiq baş məşqçisi, hazırda Hollandiya yığmasını çalışdıran Ronald Kumanı məhkəməyə verir.
Kaspi.az xəbər verir ki, "Everton” rəhbərliyi Kumanı Hollandiya Futbol Federasiyası ilə separat danışıqlarda ittiham edir. Məsələ burasındadı ki, Kuman "Everton”la müqavilə bağlayarkən, illik 6 milyon avro məvacib alırdı.
Onun müqaviləsi 3 illik nəzərdə tutulmuşdu. Kuman istefaya göndəriləndə razılıq əldə olunmuşdu ki, yeni iş yerindəki məvacibi "Everton”da aldığının 10 faizi həcmində olarsa, klub qalan 90 faiz məvacibi ona ödəyəcək.
Maraqlıdı ki, Kumanın Hollandiya yığmasında aldığı məvacib məhz "Everton”da qazandığının 10 faizi həcmindədir. "Everton” Kumana məvacibin 90 faizini ödəmək məcburiyyətindədir.
Klub bununla bağlı məhkəməyə müraciət edib. Rəhbərlik hesab edir ki, Kuman Hollandiya yığması ilə müqavilə bağlayarkən, federasiya ilə separat danışıqlara gedib.
banner

Oxşar Xəbərlər