• cümə, 29 Mart, 16:48
  • Baku Bakı 14°C

Evdən çıxarılan kirayənişinlərin sayı getdikcə artır

04.09.19 09:15 1232
Evdən çıxarılan kirayənişinlərin sayı getdikcə artır
Belçikada maliyyə problemləri səbəbindən kirayəyə götürdükləri mənzillərdən çıxarılma riski ilə qarşılaşacaq insanların sayı yüksək səviyyədə qalmaqdadır. Belçika Şəhərləri Assosiasiyası – VVSG hesab edir ki, problem kirayəyə götürüləcək evlərin və mənzillərin əlverişli qiymətə olmamasındadır. Nəticədə əksər kirayənişinlər bahalı yaşayış yeri seçməyə məcbur olurlar. VVSG hazırda yeni federal hökumətdən kirayə bazarına təsir göstərməyi xahiş edir.
AZƏRTACVVSG-nin məlumatına istinadla xəbər verir ki, tutduqları yerdən çıxarılan kirayənişinlərin sayı son illər sabitləşsə də, lakin əvvəlki kimi yüksək qalmaqdadır. Hakimiyyət orqanları azalma istiqamətində tədbirlər görsələr də, artımın qarşısını ala bilməyiblər. VVSG-də hesab edirlər ki, yerli hakimiyyət orqanları aşağı gəlirə malik və işsizlik müavinətləri ilə dolanan insanlar üçün münasib qiymətə, yüksəkkeyfiyyətli evlərin sayını artırmalıdır. Evdən çıxarılmaların sayını da hansısa yolla azaltmaq lazımdır.
Söhbət təkcə tənha, yaxud çoxuşaqlı ailələrdən getmir. Hakimiyyət orqanları uşaq yoxsulluğu ilə mübarizə aparmağa cəhd göstərir. Lakin evsiz-eşiksiz uşaqların sayı da yüksək olaraq qalmaqdadır. Kirayə ev bazarında keyfiyyət xüsusilə azgəlirli insanlar üçün çox aşağıdır.
VVSG hesab edir ki, bundan ötrü imtiyazların artırılması, iş yerlərinin yaradılması, sosial evlərin tikilməsi vacibdir.
banner

Oxşar Xəbərlər