• cümə, 29 Mart, 09:34
  • Baku Bakı 5°C

Evdə baş vermiş yanğında 4-ü uşaq olmaqla, 5 nəfər ölüb

14.11.18 09:52 614
Evdə baş vermiş yanğında 4-ü uşaq olmaqla, 5 nəfər ölüb
Noyabrın 14-də saat 02:15 radələrində Daşkəsən rayonunun Quşçu kəndində 1970-ci il təvəllüdlü Tağıyev Pənah Cəmil oğluna məxsus ikimərtəbəli, 3 otaqlı, ümumi sahəsi 150 kvadratmetr olan fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Rayon icra hakimiyyətindənAZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hadisə nəticəsində Tağıyev Pənah Cəmil oğlunun gəlini, 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı, nəvələri - 2010-cu il təvəllüdlü Tağıyeva Aysun Asim qızı, 2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və qız nəvəsi 2007-ci il təvəllüdlü Edilxanova Günel Qoşqar qızı ölüb.
Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
banner

Oxşar Xəbərlər