AZE | RUS | ENG |

Evdə baş vermiş yanğında 4-ü uşaq olmaqla, 5 nəfər ölüb

Evdə baş vermiş yanğında 4-ü uşaq olmaqla, 5 nəfər ölüb
Noyabrın 14-də saat 02:15 radələrində Daşkəsən rayonunun Quşçu kəndində 1970-ci il təvəllüdlü Tağıyev Pənah Cəmil oğluna məxsus ikimərtəbəli, 3 otaqlı, ümumi sahəsi 150 kvadratmetr olan fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hadisə nəticəsində Tağıyev Pənah Cəmil oğlunun gəlini, 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı, nəvələri - 2010-cu il təvəllüdlü Tağıyeva Aysun Asim qızı, 2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və qız nəvəsi 2007-ci il təvəllüdlü Edilxanova Günel Qoşqar qızı ölüb.

Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219