• şənbə, 20 Aprel, 18:32
  • Baku Bakı 24°C

“Eurovison”da ölkəmizi təmsil edəcək namizədlər arasında üç nəfər müəyyənləşib

26.01.19 15:30 452
“Eurovison”da ölkəmizi təmsil edəcək namizədlər arasında üç nəfər müəyyənləşib
İctimai Televiziya və Radio Yayımları Şirkəti bu ilin mayında İsrailin Təl-Əviv şəhərində keçiriləcək "Eurovision-2019” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək namizədlər arasında üç nəfəri müəyyənləşdirib və onlar arasında seçim aparır.
AZƏRTACxəbər verir ki, onlardan biri "Səs Azərbaycan” müsabiqəsinin final iştirakçısı Samirə Əfəndidir. O, yarışmada iştirak edəcək əsas namizəddir. İkinci namizəd "Səs Azərbaycan” proqramı ilə populyarlaşan Tofiq Hacıyevdir. Üçüncü ifaçı isə Fransanın "TF1” telekanalında yayımlanan "The Voice 5” müsabiqəsinin iştirakçısı olmuş azərbaycanlı müğənni Araz Hümbətlidir.
banner

Oxşar Xəbərlər