• çərşənbə, 24 Aprel, 23:39
  • Baku Bakı 23°C

“Eurovision”un icraçı direktoru: “Bu il müsabiqə olduqca qüsursuz keçib, heç bir problem yaşamadıq”

01.06.17 12:40 1465
“Eurovision”un icraçı direktoru: “Bu il müsabiqə olduqca qüsursuz keçib, heç bir problem yaşamadıq”
"Ukrayna "Eurovision” yarışmasını yüksək səviyyədə təşkil edib. Hər il istər nəqliyyat, istər də təhlükəsizlik və digər məsələlərlə bağlı narazılıqlar eşidirdik. Lakin Kiyevdəki müsabiqə olduqca qüsursuz keçib. Biz heç bir problem yaşamadıq”.
APA-nın məlumatına görə, bunu "Eurovision” mahnı müsabiqəsinin icraçı direktoru Yan Ola Sand Ukrayna prezidentiPyotr Poroşenkoilə görüşdə deyib.
P. Poroşenko isə Rusiyanın Ukraynanın şərqindəki aqressiyası fonunda belə bir müsabiqənin təşkilinin asan olmadığını deyərək, təşkilatçıları təbrik edib: "Eurovision 2017” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunması münasibəti ilə hər kəsi təbrik edirəm. Bu bütün komandanın qalibiyyəti və uğurudur”.
Yarışmanın icraçı prodüseri Pavel Qriçak həm jurnalistlərin, həm də iştirakçılarla fanatların Ukraynada özlərini çox yaxşı hiss etdiyini bildirib.
Qeyd edək ki, bu il yarışmanın qalibi İtaliya təmsilçisi Salvador Sobral olub.
banner

Oxşar Xəbərlər