• çərşənbə axşamı, 16 aprel, 12:38
  • Baku Bakı 19°C

"Eurovision-2021" mahnı müsabiqəsi Rotterdamda keçiriləcək

17.05.20 11:30 1052
"Eurovision-2021" mahnı müsabiqəsi Rotterdamda keçiriləcək
Avropa Yayım Birliyi "Eurovision" Beynəlxalq mahnı müsabiqəsinin 2021-ci ildə Hollandiyanın Rotterdam şəhərində baş tutacağını təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə "Europe Shine A Light" xüsusi şousu zamanı xəbər verilib.
Daha sonra yayımçılar "Eurovision Mahnı Müsabiqəsi. Rotterdam - 2021." loqotipi ilə videoçarxı nümayiş etdiriblər.
Xatırladaq ki, martın 18-də "Avroviziya 2020"nin (müsabiqə 12-16 may tarixində Rotterdamda keçirilməli idi) koronavirus pandemiyası (COVID-19) səbəbindən ləğv olunduğu elan edilmişdi. Daha sonra təşkilatçılar bildirdilər ki, iştirakçı ölkələr istədikləri qaydada 2021-ci ildə keçiriləcək müsabiqədəki nümayəndələrini əvəz edə və ya saxlaya bilərlər, lakin onlar artıq yeni kompozisiyalarla çıxış etməlidirlər.
banner

Oxşar Xəbərlər