AZE | RUS | ENG |

“Eurovision 2019” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək

“Eurovision 2019” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək
Təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə 18-ci nömrə altında səhnəyə çıxacaq

Bu axşam "Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində baş tutacaq ikinci yarımfinalda ölkəmizlə yanaşı, Rusiya, Albaniya, Litva, Makedoniya, Malta, Niderland, Norveç, Xorvatiya, Avstriya, Ermənistan, Danimarka, İrlandiya, Moldova, Rumıniya, İsveç və İsveçrədən olan ifaçılar çıxış edəcəklər.
Təmsilçimiz Çingiz Mustafayev "Truth” mahnısı ilə ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxacaq.
Müsabiqənin finalı isə mayın 18-də baş tutacaq.
Xatırladaq ki, İsrail festivalının keçirilməsi hüququna 2018-ci il mayın 13-də Lissabonda "Eurovision” müsabiqəsində israilli Netta Barzilayın "Toy” mahnısı ilə qazandığı qələbədən sonra nail olub.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779