• şənbə, 20 Aprel, 01:54
  • Baku Bakı 15°C

“Eurovision-2017” mahnı müsabiqəsinin qalibinə ürək köçürülüb

10.12.17 11:30 3255
“Eurovision-2017” mahnı müsabiqəsinin qalibinə ürək köçürülüb
"Eurovision-2017” mahnı müsabiqəsinin qalibi portuqaliyalı Salvador Sobral üzərində donor ürəyin köçürülməsi əməliyyatı keçirilib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyat dekabrın 8-də keçirilib. Əməliyyatın uğurlu keçdiyi bildirilir.
Salvador Sobral sentyabrın sonlarında reanimasiyaya yerləşdirilib. Müğənni ürəyindəki problemlərlə əlaqədar bütün konsertlərini ləğv etmişdi.
S.Sobral "Amar Pelos Dois” mahnısı ilə Kiyevdə keçirilmiş "Eurovision-2017” mahnı müsabiqəsinin qalibi elan edilmişdi.
banner

Oxşar Xəbərlər