• çərşənbə axşamı, 19 mart, 15:52
  • Baku Bakı 8°C

Eurovision-2013: Azərbaycan ikinci oldu

19.05.13 07:53 1642
Eurovision-2013: Azərbaycan ikinci oldu
Milli.Az bildirir ki, həyacanlanmış Fərid İsveçin Malmö şəhərində keçirilmiş müsabiqənin finalı başa çatandan sonra ona yardım edən hər kəsə, xüsusilə də ailəsinə minnətdarlıq edib.
"Babam həmişə deyirdi ki, yalnız zəhmət, əzm və çalışqanlıq uğur qazandıra bilər. Səsvermənin nəticələri elan ediləndə onun sözləri beynimdə əks-səda kimi səsləndi", - Fərid Məmmədov deyib.
"Eurovision-2013" mahnı müsabiqəsinə qatılmış 39 ölkə arasında Azərbaycan öz təmsilçisini sonda, yalnız martın ortalarında bəyan etdi. Həmin vaxtadək peşəkar bukmekerlər müsabiqənin favoritlərini artıq seçmişdilər. Malmödəki ilk məşqə qədər Fərid "Eurovision-2013"ün yaxşı tanınmayan iştirakçısı idi.
Cəmiyyət və mass-media Fonass Yevangelinosun yaratdığı gözəl və dərin mənası səhnə quruluşunu görəndən sonra Fəridin qələbə şansları sürətlə artdı. Dünyaca məşhur "William Hill Online Betting" bukmeker kontorunun "stavka"larında o, 13-cü yerdən ilk üçlüyə qalxmışdı.
Fəridin səhnə çıxışı adi elementlərin sintezi idi. İki rəqqas, kub formasında şüşə konstruksiya və 20 metrlik şleyfi olan uzun paltar istedadlı müğənni ilə onun emosional mahnısı üçün möhtəşəm şou yaratdılar.
İdmançı bədən quruluşu isə Fəridə müsabiqənin finalı başlanmazdan əvvəl "Eurovision" Next Male Top Model yarışında qələbə qazandırmışdı.
Avropa mediası Fəridin istetadını və onun səhnə kompoziyasını bəyənib.
"Bu, əladır", - İsveçin "Aftonbladet" qəzeti yazıb. "Bu gözəl oğlan Fəridin şansları da çoxdur", - "Deutche Welle" bildirib. "Həzin və emosional çıxış Azərbaycanın vizit kartıdır", - "The Daily Mirror" qeyd etmişdi.
Bundan başqa, "Eurovision-2013"ün finalına bir neçə dəqiqə qalmış Fərid Məmmədov "Müsabiqənin ən yaxşı artisti" nominasiyasında nüfuzlu "Marcel Bezencon" mükafatına layiq bilindi.
"Eurovision" müsabiqəsinin banisinin adını daşıyan sözügedən mükafat 39 ölkəni təmsil edən şərhçilərin seçimi ilə verilir.
Azərbaycan "Eurovision" mahnı müsabiqəsində 2008-ci ildə debüt edib və o vaxidan bəri müsabiqənin finalında yüksək nəticələr göstərir. 2009-cu ildə ölkəmiz 3-cü yeri, 2010-cu ildə 5-ci yeri tutdu. 2011-ci ildə isə El və Niki dueti "Eurovision"da qalib gəldilər.
Ötən il Səbinə Babayeva "When the Music Dies" balladası ilə 4-cü yeri tutdu.
banner

Oxşar Xəbərlər