• çərşənbə, 24 Aprel, 02:30
  • Baku Bakı 14°C

“Eurostat”: İtaliya dövlət borcu bu göstərici üzrə Aİ-də ikinci yeri tutur

30.01.19 09:37 358
“Eurostat”: İtaliya dövlət borcu bu göstərici üzrə Aİ-də ikinci yeri tutur
2018-ci ilin üçüncü rübündə İtaliyanın dövlət borcunun əvvəlki üç ay (131 faiz) və ötən ilin müvafiq dövrü ilə (133,6 faiz) müqayisədə ÜDM-ə nisbəti 133 faizə düşüb.
AZƏRTACANSA agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının "Eurostat” statistika agentliyi bildirib. Agentliyin məlumatına görə, İtaliyanın dövlət borcu bu göstərici üzrə Aİ-də ikinci yeri tutur.
"Eurostat” əlavə edib ki, 2018-ci ilin üçüncü rübünün sonu üçün dövlət borcunun ÜDM-ə ən yüksək nisbəti Yunanıstanda (182,2 faiz), İtaliyada (133,0 faiz), Portuqaliyada (125,0 faiz), Kiprdə (110,9 faiz) və Belçikada (105,4 faiz), ən aşağı nisbəti isə Estoniyada (8,0 faiz), Lüksemburqda (21,7 faiz) və Bolqarıstanda (23,1 faiz) qeydə alınıb.
banner

Oxşar Xəbərlər