• çərşənbə, 24 Aprel, 02:37
  • Baku Bakı 14°C

"Euronews"da Azərbaycan xalçaları haqqında süjet - Video

19.10.17 15:50 4582
"Euronews"da Azərbaycan xalçaları haqqında süjet - Video
"Euronews" telekanalı "Azərbaycan. Xalçanın qəlbi" adlı süjet yayımlayıb.
Trend-in məlumatına görə, süjetdə Azərbaycanda xalçaçılığın çox qədim və zəngin tarixi olduğu qeyd edilir, bu tətbiqi sənət növünün tarixindən bəhs olunur.
Süjetdə dünyada ilk xalça muzeyinin 2014-cü ildə məhz Azərbaycanda yaradıldığı və muzeyin orijinal üslubda - xalça formasında olduğu xüsusi vurğulanır.
"Euronews”un süjetində qeyd edilir ki, 2010-cu ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycan xalçaları Ağ Ev, Ermitaj və Vatikanda da qorunub saxlanılır.
banner

Oxşar Xəbərlər