• cümə axşamı, 28 mart, 18:43
  • Baku Bakı 13°C

Euronews: Dolma – Azərbaycan mətbəxinin şah əsəri - Video

29.05.18 16:40 990
Euronews: Dolma – Azərbaycan mətbəxinin şah əsəri - Video
Euronews,Aİ
29.05.2018
Müəllif: Qalina Polonskaya

Azərbaycan mətbəxinin şah əsəri – dolma. Bu yeməyə maraq ölkənin istisnasız olaraq bütün bölgə və millətlərini birləşdirir. Məhz Azərbaycan dolması UNESCO-nun mədəni irs siyahısına belə, daxil edilib.
Qalina Polonskaya ("Euronews”):"Dolma Azərbaycan mətbəxinin əsas sütunlarından biridir. Ölkədə onun 386 növü var”.
Ət, düyü, göyərti, soğan, təzə üzüm yarpağı: Azərbaycan dolmasının uğur sirlərindən biri də təbii yerli ərzaqlardır.
Qalina Polonskaya, ("Euronews”):"Dolmanı bükmək zərgər işidir və bu işdə hər xanımın özünün kiçik sirri var”.
Ceyran xanım dolma bükməyi nənəsindən öyrənib. Resepti nəsildən-nəsilə ötürməyin özü də bir adətdir.
Ceyran Əsgərova (Milli Kulinariya Mərkəzi rəhbərinin müavini):"Dolmanı hazırlamağın çətinliyi ondadır ki, o, çox balaca olmalı, incə bükülməli və bişərkən yarpaqları açılmamalıdır”.
Azərbaycanda bayram süfrəsini dolmasız təsəvvür etmək mümkün deyil.
Rus dilindən tərcümə - WorldMedia.Az
banner

Oxşar Xəbərlər