• çərşənbə, 24 Aprel, 00:59
  • Baku Bakı 14°C

ETSN-nin nümayəndələri “Bakı Marafonu 2018”-də iştirak ediblər

13.05.18 15:45 658
ETSN-nin nümayəndələri “Bakı Marafonu 2018”-də iştirak ediblər
Bu gün paytaxtda "Bakı Marafonu 2018” keçirilib.
APA-nın məlumatına görə, "Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.
Marafonda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələri də iştirak ediblər.
Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunub.
banner

Oxşar Xəbərlər