• cümə, 29 Mart, 12:43
  • Baku Bakı 14°C

ETSN çimərliklərə gedən şəxslərə müraciət edib

14.07.18 14:43 793
ETSN çimərliklərə gedən şəxslərə müraciət edib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) çimərliklərə gedən şəxslərə müraciət edib.

ETSN-nin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmaqtövsiyə edilib.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi arabir güclənəcək.Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək.
banner

Oxşar Xəbərlər