• şənbə, 20 Aprel, 14:33
  • Baku Bakı 23°C

ETSN: Bakıda tozun miqdarı normadan 30 faiz yuxarıdır

19.04.18 11:30 780
ETSN: Bakıda tozun miqdarı normadan 30 faiz yuxarıdır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosferhavasında müşahidələr aparır.
Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki,havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 19 aprel 2018-ci il tarixində səhər saat 09:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 30 faizyuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz Ərəbistan yarımadasından daxil olan toz-dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.
banner

Oxşar Xəbərlər