• cümə, 19 Aprel, 15:01
  • Baku Bakı 25°C

Eto'odan Salaha məsləhət: Ora get

24.06.19 13:18 697
Eto'odan  Salaha məsləhət: Ora get
"Real”ın və "Barselona”nın sabiq futbolçusu Samuel Eto'o Məhəmməd Salaha məsləhət verib.
Kaspi.az xəbər verir ki, jurnalistlər Samueldən Salahın hansı İspaniya klubuna – "Real”a, "yoxsa "Barselona”ya keçməsinin məqbul olacağı ilə bağlı soruşublar. Eto'o Məhəmmədə belə tövsiyə verib:
"Barselona” Salah üçün daha uyğun variantdır. "Real” mənə Afrikadan çıxmağa şərait yaradıb. Ancaq "Barselona”nın stilini bildiyim üçün, Salaha uyğun gələcəyini deməliyəm.
Əgər Məhəmmədin İspaniyada – dünyanın ən yaxşı liqasında oynamaq şansı olacaqsa, onda mütləq "Barselona”ya keçməlidir. Dünyanın ən yaxşı futbolçusu olmaq üçün Salahda bütün keyfiyyətlər var”.
banner

Oxşar Xəbərlər