• cümə axşamı, 25 aprel, 04:11
  • Baku Bakı 19°C

Etirazçılar radiostansiyanın binasına giriblər

15.04.18 09:00 742
Etirazçılar radiostansiyanın binasına giriblər
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxan bir neçə yüz nəfər müxalif deputat Nikol Paşinyanla birlikdə ictimai radionun Yerevanın mərkəzində yerləşən binasına girib.
AZƏRTACRİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, binaya daxil olan deputat ona canlı efir verilməsini tələb edib. Polis bu hərəkətə görə etirazçıları məsuliyyətə cəlb olunacaqları ilə hədələsə də, onları dayandıra bilməyib. Paşinyan və tərəfdarları radionun binasında bir neçə dəqiqə qalıblar. Deputat studiyaların birində kamera qarşısına keçərək öz müraciətini oxuyub. O, dövlət KİV-lərini informasiya blokadasında ittiham edib və tərəfdarlarını mitinqlərə səsləyib.
Bir qədər əvvəl Ermənistanın hakim Respublika partiyasının sədr müavini Armen Aşotyan baş nazir vəzifəsinə Serj Sarkisyanın rəsmən namizəd irəli sürüldüyünü bildirib. Baş nazir seçkilərinin aprelin 17-də keçiriləcəyi gözlənilir.
banner

Oxşar Xəbərlər