AZE | RUS | ENG |

Etirazçılar radiostansiyanın binasına giriblər

Etirazçılar radiostansiyanın binasına giriblər
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxan bir neçə yüz nəfər müxalif deputat Nikol Paşinyanla birlikdə ictimai radionun Yerevanın mərkəzində yerləşən binasına girib.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, binaya daxil olan deputat ona canlı efir verilməsini tələb edib. Polis bu hərəkətə görə etirazçıları məsuliyyətə cəlb olunacaqları ilə hədələsə də, onları dayandıra bilməyib. Paşinyan və tərəfdarları radionun binasında bir neçə dəqiqə qalıblar. Deputat studiyaların birində kamera qarşısına keçərək öz müraciətini oxuyub. O, dövlət KİV-lərini informasiya blokadasında ittiham edib və tərəfdarlarını mitinqlərə səsləyib.

Bir qədər əvvəl Ermənistanın hakim Respublika partiyasının sədr müavini Armen Aşotyan baş nazir vəzifəsinə Serj Sarkisyanın rəsmən namizəd irəli sürüldüyünü bildirib. Baş nazir seçkilərinin aprelin 17-də keçiriləcəyi gözlənilir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.2236
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6152
SEK 1 İsveç kronu 0.1934
EUR 1 Avro 1.9967
CHF 1 İsveçrə frankı 1.7715
USD 1 ABŞ dolları 1.7000