• çərşənbə, 24 Aprel, 05:07
  • Baku Bakı 14°C

Etirafa bax ey: Yaxşı ki, onu almadıq, yoxsa...

29.04.19 14:45 676
Etirafa bax ey: Yaxşı ki, onu almadıq, yoxsa...
"Krasnodar”ın idman direktoru Maksim Buznikin "Liverpul”un müdafiəçisi Vircil van Deyki transfer etmədikləri üçün sevinir.
Kaspi.az xəbər verir ki, "Krasnodar” 2012/2013 mövsümündə Van Deyki transfer etməyə cəhd göstərib. Ancaq sonradan bu istəklərindən vaz keçiblər:
"Van Deyk fiziki göstəriciləri ilə diqqət çəkirdi. Səhv etmirəmsə, 2012/13 mövsümündə o, bizim transfer siyahımıza daxil idi.
Onun qiyməti ilə maraqlandıq, bizə uyğun olub-olmadığını öyrənədik. Həmin vaxt onun qiyməti təxminən 3 milyon avro civarında idi.
Yaxşı ki, Deyki transfer etmədik, yoxsa onun karyerasını korlayacaqdıq. Yox indi klubda buna görə təəssüflənmirik. Həmin vaxt o, bizim siyahıda əsas sırada deyildi. Biz o vaxt Andreas Qrankvisti transfer etməyə üstünlük verdik”.
Vircil 2017-ci ildə "Sautqempton”dan "Liverpul”a keçib. O, bu mövsüm Premyer Liqanın ən yaxşı futbolçusu seçilib.
banner

Oxşar Xəbərlər